17/07/2019 09:14
728 x 90

Adam bıçaqlamaqda şübhəli bilinən şəxs tutuldu – Gədəbəydə...

img

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyunun 12-də axşam saatlarında Gədəbəy rayonu Qumlu kənd sakini Zamiq Allahverdiyevin  sağ gözünün kəsilmiş yarası ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə  məlumat daxil olub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Samanlı kənd sakini, 27 yaşlı Əli Sadıqov şübhəli şəxs qismində saxlanıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, Z. Allahverdiyevə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər