Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi Teyyub Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etdiyini bildirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanıb. Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.
Araşdırma aparılır.