Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini A.Muxtarov aprelin 25-nə keçən gecə 21-ci mikrorayon ərazisində “KİA” markalı avtomobilindən şüşəsi sındırılmaqla sənədlərinin oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Elvin Nəsrullayev saxlanıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 26-na keçən gecə Yaşıl-dərə bağlar sahəsində “Nissan”, “Mercedes” və “Hyundai” markalı 3 avtomobilin yan şüşələrini sındırdığı da müəyyən edilib.
Araşdırma aparılır.