Cümə günü, 16 oktyabr 2026
     

Beynəlxalq maliyyə institutlarının manat istiqrazlarına diqqəti artır

Image


Bu gün MDB məkanında ən sabit valyutalardan biri qismində Azərbaycan manatının çıxış etməsi artıq beynəlxalq miqyasda qəbul edilən həqiqətdir. Son iki ilə nəzər saldıqda manatın doğrudan da digər MDB, eləcə də bir çox Asiya ölkələrinin milli valyutalarına nisbətdə sabit həddə qalması aydın müşahidə olunur. Belə vəziyyət beynəlxalq maliyyə qurumlarının da diqqətindən yayınmır. Elə bu səbəbdəndir ki, manatla istiqraz buraxılışına maraq da artmaqdadır.

Xatırladaq ki, artıq bu xüsusda müvafiq təcrübə də var. Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə institutları ilə uzunmüddətli sıx əməkdaşlığı nəticəsində onlardan biri ölkədə ilk dəfə milli valyutada istiqrazları emissiya edib. Söhbət Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 10 milyon manatlıq istiqraz emissiyasından gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC-də yerləşdirilib.

Ötən ay həyata keçirilən bu proseslə bağlı hərracda rekord göstəricilər əldə edilib. Belə ki, bankın 10 milyon manat məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazlarına 81 milyon manatlıq sifariş olub. Başqa sözlə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 8 dəfə üstələyib. Yerli qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutunun milli valyutada emissiya etdiyi istiqrazlara investorlar tərəfindən rekord sayda - 63 sifariş təqdim olunub. Bu fonda manatla sözügedən qurum tərəfindən istiqraz buraxılışının davam etməsi gözlənilir. Tədavül müddəti 730 gün olan istiqrazlar üzrə ödəmə tarixi 31 iyul 2021-ci ildir. İllik faiz dərəcəsi 9,25% təşkil edir və faizlər rübdə bir dəfə ödənilir. Onu da bildirək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının manatla yerləşdirdiyi istiqrazlar hesabına cəlb etdiyi vəsait “Turan Bank” ASC-yə verilib. Bankla adıçəkilən beynəlxalq maliyyə institutu arasında 8 illik uğurlu əməkdaşlıq var. Odur ki, milli valyutada cəlb edilmiş vəsaitin “Turan Bank” vasitəsilə sahibkarlığın inkişafına yönəldilməsinə qərar verilib. Ekspertlər hesab edir ki, manat istiqrazları ilə buraxılış beynəlxalq müstəvidə həyata keçirilən uzunmüddətli strategiya, əməkdaşlıq nəticəsində əldə olunmuş mühüm nailiyyətdir. Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılan istiqrazlar isə ölkədə sahibkarlığın inkişafına da mühüm dəstək sayılır.

Xatırladaq ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara dəniz ətrafı ölkələrin regional inkişafı və əməkdaşlığına dəstək məqsədilə 1999-cu ildə yaradılıb. Azərbaycan da daxil olmaqla, 11 ölkənin üzv olduğu təşkilatın əsas fəaliyyət istiqaməti Qara dəniz regionu ölkələrində iqtisadi tərəqqinin və regional əməkdaşlığın inkişafı məqsədilə üzv ölkələrdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi, ticarətin və digər layihələrin dəstəklənməsi, müxtəlif təminatların verilməsi, həmçinin dövlət və özəl təşkilatların kapitalında iştirakdır. Sözügedən təşkilat tərəfindən Azərbaycan qiymətli kağızlar bazarında 2019-cu və 2020-ci illərdə daha böyük məbləğlərdə istiqraz emissiyası və cəlb olunmuş vəsaitlərin ölkədə sahibkarlığın inkişafına yönəldilməsi nəzərdə tutulub. Amma real vəziyyət göstərir ki, manatla istiqraz məsələsi təkcə Qara Dəniz Ticarət və İnkişaf Bankının maraq dairəsində deyil. Artıq digər nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yerli bazarda istiqraz buraxılışlarının həyata keçirilməsi nəzərdə tutulur. 

Yayılan məlumatlardan belə bəlli olur ki, artıq Asiya İnkişaf Bankı Azərbaycan manatı ilə ilk istiqrazlarını 2020-ci ildə tədavülə buraxa bilər. Məsələ ilə bağlı “report”a  məlumat verən mənbə bildirib ki, manat istiqrazlarının buraxılması borcalanların seçiminə görə yubanır. Belə ki, bu seçim zamanı başlıca meyarlardan biri beynəlxalq maliyyə hesabatları standartlarına uyğun həyata keçirilən auditor rəyinin mövcudluğu sayılır.

Gözlənir  ki, Asiya İnkişaf Bankı mövcud tələblərə uyğun gələn məqbul sayda borcalanın seçilməsindən sonra 50 milyon manat məbləğində, borcalanlar az olsa, daha az məbləğdə istiqraz buraxmağı nəzərdə tuturdu. Həmin vəsaitin də məhdud sayda bankların və qeyri-bank kredit təşkilatlarının maliyyə dəstəyinə sərf olunacağı güman edilir. Mikromaliyyə təşkilatları da həmin vəsaitləri təkrar kredit vasitəsilə əldə edə biləcək. Qeyd edək ki, Asiya İnkişaf Bankı postsovet regionunda milli valyutalarda istiqraz buraxmaq təcrübəsinə malikdir. Belə ki, bu ilin yanvar ayında 80 milyon dollar məbləğində, dəyişkən faiz dərəcəsilə Qazaxıstan təngəsində beş və yeddi il müddətinə müvafiq olaraq üç və beş ildən sonra erkən qaytarmaq imkanının verildiyi istiqrazlar buraxılıb. Bununla yanaşı, 2016-cı ildə 225 milyon dollar məbləğində Filippin pesosunda istiqrazlar buraxmışdı. Həmin vəsaitlər, geotermal enerjisi də daxil olmaqla, bir sıra ekoloji layihələrə sərf olunmuşdu. Azərbaycanda isə, əslində Asiya İnkişaf Bankının istiqrazlarına tələbin böyük olması gözlənir. Ən azı o baxımdan ki, ortada Qara Dəniz Ticarət və İnkişaf Bankının təcrübəsi var. Yuxarıda qeyd olunduğu kimi, bu bankın rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlarına tələb təklifi 8 dəfə üstələyib. Eyni prosesin Asiya İnkişaf Bankının istiqrazlarında da qeydə alınması gözlənir. Elə bu durum da öz növbəsində manat istiqrazlarına tələbin bundan sonra yüksələcəyini deməyə əsas verir. Belə vəziyyət isə manatın valyuta olaraq artıq dünya miqyasında da nüfuzunun yüksəlməsinə şərait yaradır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ