Cümə günü, 16 oktyabr 2026
     

Kartof istehsalı sürətlə artır, bazarlarımızda qiymət isə…

Image


Məlum olduğu kimi, Azərbaycanda bu il kartof istehsalı artıb. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, 2019-cu ilin yanvar-iyul aylarında 34 min hektar sahədən 576,3 ton kartof yığılıb. Bu isə əkilən ümumi sahənin 60,1 faizinin yığılması deməkdir.

Hazırda kartof yığımı davam edir. Nazirlikdən bildiriblər ki, 2019-cu ilin yanvar-iyul aylarında kartof yığımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz, sahəyə düşən məhsuldarlıq isə 7 faiz artıb: "Ötən illə müqayisədə bu il kartof daha az sahədə əkilib. Belə ki, 2018-ci ildə 59,3, 2019-cu ildə isə 56,9 min hektar sahədə kartof əkilib”.

Danılmaz faktdır ki, kartof gündəlik qida rasionunun əsas tərkib hissələrindən birini təşkil edir. Bu səbəbdən də adıçəkilən məhsulun məhsuldarlığının artması sevindiricidir.

Məhsuldarlığın artması ixraca da təsir edib. Nazirliyin yaydığı məlumatda o da bildirilir ki, Azərbaycanda yetişdirilən kartofun bu il 8 ölkəyə ixracı həyata keçirilib. Azərbaycan bu il Belarusa 120,3 ton, Gürcüstana 2821,7 ton, Moldovaya 199,3 ton, Qazaxıstana 59 ton, Rusiyaya 55 min 786,8 ton, Türkmənistana 62 ton, İraqa 23,3 ton, Ukraynaya isə 2 483,2 ton kartof ixrac edib.

Məlumat üçün bildirək ki, Azərbaycanda kartofun orta tez yetişən "Nevski", "Oqanyol", "Laymdots", "Əmiri-600", "Sevinc" sortları yetişdirilir. Bütün bölgələrdə il ərzində bir neçə dəfə yetişdirilən kartof məhsulu daha çox Tovuz-Gədəbəy, Astara-Lerik və Quba-Qusar rayonlarında becərilir və yüksək məhsul verir.

  • Nicat Nəsirli: “Hazırda milli kartof toxumçuluğunun qurulması üzrə işlər aparılır”

Maraqlıdır, istehsalın artması qiymətə təsir edəcəkmi?

Aqrar sahə üzrə ekspert Nicat Nəsirli bildirdi ki, ölkədə kartof istehsalı hər il ümumi istehlakı dəfələrlə üstələyir: “Bu sahəyə göstərilən dövlət dəstəyi, eləcə də məhsulun bazarda əlverişli mövqe qazanması ildən-ilə bu sahəyə marağı artırır. Dövlət tərəfindən ötən il ölkədə istehsal olunan kartofun daxili bazarlarda realizə olunması, fermerlərin ziyan çəkməməsi niyyəti ilə  375 saylı qərar qəbul edildi, nəticədə üç ay müddətində daxili bazar qorunmuş oldu. Qərarın əsas məqsədi məhsuldarlıq və əkin sahələrinin ötən illə müqayisədə artması ilə əlaqədar olaraq, kartofun satış probleminin həlli və  eləcə də kartofun satış qiymətini istehsalçı və istehlakçı üçün optimallaşdırmaq və kartof istehsalçılarında qiymətlərin həddən artıq aşağı düşməsi ilə əlaqədar yaranmış mənfəət itkisinin qarşısının alınması idi. Qısamüddətli qadağa hər iki məqsədə çatmağa imkan verdi. İlk növbədə yerli istehsalçıların əlində qalmış böyük həcmdə məhsul öz bazarlarımızda realizə olundu. Digər tərəfdən, əsas istehsalçı rayonlar olan Gədəbəy, Şəmkir, Tovuzda istehsal olunmuş kartofun qiymətində nisbətən yüksəlmə baş verməklə, fərdi istehsalçıların mənfəət itkisi minimuma endirildi. Həmin qərar kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsi sahəsində dövlət üçün səmərəli intervensiya aləti rolunu oynadı. Belə ki, Azərbaycanın əsas idxal kartof bazarını formalaşdıran İran və Rusiyada milli valyutanın zəifləməsi fonunda bu ölkələrdən böyük həcmdə məhsul ölkəmizə daxil olaraq yerli istehsala ciddi mənfi zərbə vura bilərdi. Azərbaycana hər il İrandan 50 min, Rusiyadan isə 43 min tondan çox kartof gəlir. Dövlət çevik addım ataraq ölkəyə idxal edilən kartofun tarif dərəcəsini iki dəfə artıraraq 30 faizə qaldırdı, yerli bazar qorundu, istehsalçı əlindəki məhsulu bazara təklif etməklə, ziyana düşməkdən sığortalandı. Əkin sahələrində "ikinci çörəy”in məhsuldarlığı artaraq, hektardan 15 tona, istehsal həcmi isə 914 min tona çatıb. Əhalinin illik tələbatı isə adambaşına düşən kartof istehlakı üzrə 74,29 kq nəzərə alınmaqla 2018-ci il üçün cəmi kartof istehlakının 743 min ton olacağı proqnozlaşdırılırdı. Tələbatdan artıq qalan 171 min tonluq həcmin milli valyutaların ucuzlaşdığı bir fonda, ixracı real görünmürdü. Ona görə alternativ çıxış yolu intervensiya alətini hərəkətə gətirmək idi. Lakin bütün bunlar idxal üzrə rəqəmləri təkzib edə bilməz. Havaların soyuduğu noyabrdan başlayaraq kartofa tələbat sürətlə artmağa başlayır və bu tendensiya aprelə qədər davam edir. Ölkəyə payız-qış mövsümündə 160 min tona qədər kartof gətirilir, bu, ölkə tələbatının 16%-ini təşkil edir”.

Həmsöhbətimiz hesab edir ki, qeyd olunan sahənin inkişafı ilə bağlı müxtəlif işlər görülə bilər: "Məlumdur  ki, son illər kartof sahələri genişlənir, lakin məhsuldarlıqda maksimum nəticələr hələ əldə olunmayıb. Bunun üçün toxumçuluq sistemi qurulmalıdır. Toxum tələbatının yalnız 2 faizi yerli istehsal hesabına ödənilir, böyük hissəsi idxal edildiyindən, məhsuldarlıq yaxın hədəf olaraq qalır. Hazırda milli kartof toxumçuluğunun qurulması üzrə işlər aparılır”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ