Cümə günü, 16 oktyabr 2026
     

Fikrət Yusifov və Əli Məsimli "Moody` s Investors Service" reytinq agentliyinin Azərbaycanla bağlı hesabatını şərh edir…

Image


"Ölkədə həyata keçirilən sistemli iqtisadi islahatlar qeyri-neft sektorunun rəqabətqabiliyyətli və dayanıqlı inkişafına təkan verəcək. Bu da həm idxal etdiyimiz məhsulların xeyli hissəsinin Azərbaycanda istehsalını mümkün edər, eləcə də qeyri-neft sektiorunun ötənilki 1,7 milyard dollarlıq ixrac potensialını yaxın illərdə 2-3 dəfə artırmağa imkan verər". Bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli "Moody` s Investors Service" reytinq agentliyinin Azərbaycanla bağlı hesabatını "vergiler.az"a şərh edərkən deyib.

Millət vəkili bildirib ki, həllinin sürətləndirilməsi vacib olan məsələ təkcə vergi qanunvericliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülən işlərin qeyri-neft sektorunun bundan sonrakı inkişafını da stimullaşdırılmasına yönəldilməsi deyil: “Bu çox zəruridir, amma məsələyə kompleks yanaşılmalıdır. Məsələn, vergi islahatları ilə bağlı həyata keçirilən işlər korrupsiya, inhisarçılıq və ondan qaynaqlanan, ölkənin sosial-iqtisadi tərəqqisinin qarşısında buxova çevrilən neqativlərin aradan qaldırılmasına yönələn işlərin genişləndirilməsini tələb edir. Bunun əsas yolu islahatları dərinləşdirməkdən, iqtisadiyyatın liberallaşdırılması və rəqəmsallaşdırılmasının gücləndirilməsindən, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın və məsuliyyətin artrılmasından, “kölgə iqtisadiyyatı”nın dairəsinin məhdudlaşdırılmasından və s. bu kimi məsələlərin həllindən keçir".

Ə.Məsimli, xüsusən qeyri-neft sektorunun inkişafına əlavə təkan vermək üçün bankların real sektorla əlaqəsinin gücləndirilməsi məsələsinin xüsusi önəm daşıdığını vurğulayıb. Bu məsələnin həlli, digər şərtlərlə yanaşı, bank faiz dərəcələrinin istehsalla məşğul olan sahibkarlar üçün əlçatan səviyyəyə qədər aşağı salınmasından, əlverişli biznes mühitinin yaradılmasından və s. zəruri şərtlərdən çox asılıdır. Son illərdə kredit qoyuluşlarının artmağa başladığını deyən millət vəkili yenidən real sektorun inkişafına yox, istehlak kreditlərinə üstünlük verildiyini bildirib: "2015-2016-cı illərdə bunun yaratdığı fəsadlar hələ də tam aradan qaldırılmayb. Kredit faiz dərəcələrinin aşağı salınması və bank sisteminin real sektorla əlaqəsinin gücləndirilməsi istiqamətində ciddi islahatlar aparılmasına ehtiyac var. Sadalanan amillərin sistemli şəkildə həyat keçirilməsi qeyri-neft sektorunun rəqabətqabiliyyətli və dayanıqlı inkişafına təkan vermiş olar. Bu da həm idxal etdiyimiz məhsulların xeyli hissəsinin Azərbaycanda istehsalını mümkün edər, həm də qeyri-neft sektorunun icrac potensialını yaxın illərdə 2-3 dəfə artırmağa imkan verər. Nəticədə həm yerli istehsal genişlənər, həm də Azərbaycana neftdən əlavə digər sahələrdən də xeyli valyuta daxil olması təmin edilər. Eyni zamanda, "manatın taleyinin neftdən asılılığı" kimi təhlükəli problemi aradan qaldırmış olarıq".

Bir çox MDB ölkələrində institusional mühitin keyfiyyəti,aparılan iqtisadi islahatlar və tərəqqi tempi ilə bağlı "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir ki, son illər ərzində MDB ölkələri islahatların həyata keçirilməsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə ediblər və bu, müxtəlif səviyyələrdə olmasına baxmayaraq, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsini artırmağa kömək edib.

Hesabatda qeyd olunub ki, xarici və daxili çağırışlar, həmçinin 2014-2016-cı illərdə MDB ölkələrində baş verən siyasi hadisələr sürətli institusional islahatlara və dövlət idarəetməsinin səmərəliliyinə səbəb olan böhran hadisələrinin aradan qaldırılmasına yönəlmiş bir sıra hökumət təşəbbüslərinin katalizatoru olub.
Moody's" hesab edir ki, Özbəkistanda (B1, "sabit") və Ukraynada (Caa1, "sabit") islahatların praktiki tətbiq edilməsində çətinliklər, Qırğızıstanda (B2, "sabit") və Moldovada (B3, "sabit") daxili siyasi əngəllər, Qazaxıstanda (Baa3, "müsbət") və Azərbaycanda isə (Ba2, "stabil") stabil vəziyyət hökm sürür.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, Azərbaycan hökuməti 2014-2016-cı illərin iqtisadi və maliyyə böhranı fonunda ölkə iqtisadiyyatının neftdən asılılığını əsaslı şəkildə aradan qaldırmağı hədəfləyən ciddi bir islahat yolu seçib: "Bu gün Azərbaycanda aparılan islahatlar idarəetmənin sadələşdirilməsinə və biznes mühitinin münbitləşdirilməsinə önəmli şərait yaradır. Bunu beynəlxalq maliyyə institutları və reytinq agentlikləri də öz hesabatlarında xüsusi qeyd edirlər. Bir qədər öncə Dünya Bankının hesabatında ölkəmizdə aparılan islahatlara yüksək qiymət verilmişdi. Azərbaycan bu gün həyata keçirilən islahatların səviyyəsinə görə MDB ölkələri arasında birincilər sırasındadır. Bu günlərdə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında da son illər ərzində iqtisadi islahatların aparılması sahəsində əhəmiyyətli irəliləyişlərin əldə edildiyi qeyd olunur".

F.Yusifov qeyd edib ki, inkişaf yolunda atılan addımlar içərisində ən önəmlisi, bəlkə də birincisi vergi islahatlarıdır: "Bu islahatların fəlsəfəsi biznesin vergi yükünü azaltmaqla onun “kölgədə” olan hissəsinin leqallaşdırılmasına nail olmaq və bununla da vergi ödəyicilərinin sayını əsaslı şəkildə artıraraq büdcəyə daha çox vəsaitin daxil olmasına şərait yaratmaqdır. Böhrandan ötən müddət ərzində vergi islahatlarının qarşısında qoyulan bu vəzifələr nəzərdə tutulan nəticələri verdi. Bunu vergi daxilolmalarında qeyri-neft sektorunun payının getdikcə artması aydın şəkildə sübut edir.

Vergi yükünün optimallaşdırılması bütün zamanlarda sürətli iqtisadi inkişaf yolu seçmiş ölkələrin qarşısında dayanan bir nömrəli problem olub. Məhz bu problemi düzgün çözə bilən ölkələr inkişafın yüksək sürətlə getməsinə nail ola biliblər. Ortada onlarla belə təcrübə var. Bu səbəbdən də Azərbaycanda biznesin vergi yükünün azaldılması və vergiyə cəlb etməklə bağlı proseslərin iş adamlarının xeyrinə əsaslı şəkildə dəyişdirilməsi öz bəhrəsini verməkdədir. Bu gün sahibkar-vergi əməkdaşı münasibətləri yeni bir müstəvidə qurulub. Bu münasibətlərdə vergi daxilolmalarının təmin edilməsi üçün inzibatçılıqdan daha çox qarşılıqlı əməkdaşlığa, qarşılıqlı anlaşmaya üstünlük verilir. Bu isə vergi ödəyiciləri üçün olduqca mühüm bir məsələdir".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ