Cümə günü, 16 oktyabr 2026
     

Qızılın qiymətlərində sürətli artım başladı…

Image


Dünya bazarlarında son dövrlərdə qızılın sürətlə bahalaşması müşahidə edilməkdədir. Bu hal artıq Azərbaycanda da özünü qabarıq şəkildə büruzə verir. Belə ki, ölkəmizə gətirilən qızıl məmulatlarının qiymətində müəyyən artım qeydə alınır. Amma bu gedişlə artımın davamlı olması, ilin sonuna kimi qızılın əhəmiyyətli dərəcədə bahalaşması gözlənir. Buna səbəb dünyada qızıla tələbin artması fonunda onun bahalaşmasıdır.

Son məlumatlara görə, ABŞ-ın Nyu-York əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2013-cü ilin aprel ayından bəri ilk dəfə 1 500 dolları keçərək 1 503 dollarda qərarlaşıb. Eyni prosesin London əmtəə birjasında da getdiyi bildirilir. Analitiklərin fikrincə, ABŞ və Çin arasında ticarət müharibəsinin yenidən qızışması, qlobal iqtisadi artımın ləngiməsi, dünyanın mərkəzi banklarının pul-kredit siyasətini yumşaltması fonunda investorların qızıla tələbatı artıb. Odur ki, qiymətli metal bahalaşmaqdadır. İlin əvvəli ilə müqayisədə qızıl, təxminən, 17% dəyər qazanıb. Amma qeyd olunduğu kimi, qızılın bahalaşması davam edəcək. Bu, dünya ölkələri arasında ticarət savaşının qızışması və valyutaların dəyərdən salınması fonunda qızılın daha etibarlı vəsait olması ilə bağlıdır. Qızılın heç bir ölkənin pul siyasətinə bağlı olmaması, likvid aktiv olması, istənilən vaxt başqa bir malla, xidmətlə və yaxud valyuta ilə dəyişdirilə bilməsi onun etibarlı aktiv kimi statusunu qoruyub saxlamasına səbəb olub. Kağız puldan fərqli, olaraq qızıl inflyasiya nəticəsində dəyərdən düşmür və ən əsası, onun təklifi məhduddur. İndilikdə isə qızıla investisiya məqsədli tələbat artır, bir çox ölkələr ehtiyatlarındakı dolları və digər valyutaları qızılla əvəzləyir. Bu prosesdə hazırda Rusiya, Çin kimi ölkələr liderlik edir. Bir çox ölkələrdə də Mərkəzi Banklar qızıla investisiya edərək likvid aktiv növlərini artırır, valyuta ehtiyatlarını şaxələndirirlər. Fərdi və institusional investorlar da öz portfellərini qızıl vasitəsilə şaxələndirir. Məhz bunlar qızılı indi daha sürətlə bahalaşdırır. Belə vəziyyət qızılın dünya bazarında qiymətinin artımını sürətləndirir. Yuxarıda qeyd olunduğu kimi, bu da Azərbaycan qızıl bazarına da təsirsiz ötüşməyib. 

Məsələ ilə bağlı  iqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, qızılın qiymətinin artması dünya bazarında ona olan tələbatın artımı ilə əlaqədardır:“2018-ci ilin sonu, 2019-cu ilin əvvəllərində qızılın qiymətində artımın olacağını proqnozlaşdırmışdıq. Bundan başqa, Çin və ABŞ arasındakı ticarət müharibəsi birbaşa qlobal iqtisadi artım tempinin azalmasına gətirib çıxarıb. Bu azalma fonunda investor portfellərini şaxələndirirlər ki, bu da bazarda qızılın qiymətinin artmasına səbəb olub”. Onun sözlərinə görə, son bir ildə dünya bazarında qızılın qiyməti təxminən 10 faiz artıb: “Bu, son illərin kifayət qədər yüksək artımı kimi qiymətləndirilir. Artım bu tempdə davam edir. Altı aylıq və bir aylıq yekunlarda da qızıl, faktiki olaraq, mövqelərini möhkəmləndirib. Ticarət müharibəsi davam etdikcə, növbəti aylarda da qızılın qiymətində artım olacaq. 2019-cu ildə dünya bazarında qızılın qiymətində ikirəqəmli artımın olacağı proqnozlaşdırılır. Bu da faiz baxımından ən yüksək artım kimi qiymətləndirilir”.

O qeyd edib ki, qızılın dünya bazarında qiymətinin artması Azərbaycan istehlak bazarına da təsir edib: “Azərbaycan qızıla olan tələbatının 95 faizini, əsasən, dörd ölkədən edilən idxal hesabına ödəyir. Bunlar Səudiyyə Ərəbistanı, İtaliya, Rusiya və Türkiyədir. Son monitorinqlər göstərir ki, ölkədə son altı ayda qızılın qiymətində yeddi faizə yaxın artım qeydə alınıb. Növbəti dövrdə də Azərbaycanda qızılın qiymətinin artacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, sentyabrdan Məhərrəm ayı başlayır. Sentyabr və oktyabr aylarında qızılın qiymətində stabilləşmə olacaq. Noyabr ayından etibarən qızılın qiymətində yenidən artımların olacağı proqnozlaşdırılır. Bu artım təxminən səkkiz faiz olacaq”. 

Hazırda qeyri-müəyyən geosiyasi vəziyyət, qızılın digər aktiv növlərinə, o cümlədən daşınmaz əmlaka və qiymətli kağızlara nəzərən ucuz olması və qızıl hasilatının son illər nisbətən azalması onun qiymətinin artacağını proqnozlaşdırmağa əsas verir. Bu vəziyyətdə Azərbaycanın da valyuta ehtiyatlarının tərkibində qızılı artırması məqbul hal sayılır. İndi Azərbaycan Dövlət Neft Fondunun qızıl ehtiyatları davamlı artırılır. Fondun investisiya siyasəti və investisiya qaydalarının tələblərinə uyğun olaraq, 30 iyun 2019-cu il tarixinə qurumun investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton və ya 3 milyon 69 414  unsiyadır. Bu da indiki qiymətlərlə 4 milyard 356,4 milyon dollar təşkil edir. İnvestisiya portfelinə daxil olan qızıl yatırımlarının bundan sonra daha sürətlə artırılması gözlənir. Bunu digər ölkələr də edir. Rəsmi statistikaya əsasən, Çin və Rusiya ən çox qızıl alan ölkələr siyahısındadır. Bu da təsadüfi deyil. Çünki onların iqtisadiyyatlarının həcmi ilə qızıl ehtiyatları arasında ciddi disbalans mövcuddur. Belə ki, dünyanın ikinci iqtisadiyyatı olmasına baxmayaraq, Çinin rəsmi qızıl ehtiyatları olduqca azdır. Rusiya isə rəqiblərindən geri qalmaq istəmir. Eyni zamanda, ticarət müharibəsinin qızışması fonunda da qızıl ən etibarlı valyuta sayılır. Bundan əlavə, geosiyasi və geoiqtisadi vəziyyətin getdikcə pisləşməsi, gələcək perspektivlərin qeyri-müəyyənliyi fərdi və institusional investorları da qızıla yönəldir. Qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az risqli istiqamətə yönəltməsi ilə bağlıdır. Ən əsası isə, milli valyutaların mövqeyinin zəifləməsi insanları öz vəsaitlərini daha etibarlı görünən qızıla yatırmalarına səbəb olur. Hazırda bir çox ölkələrin öz valyutalarını ucuzlaşdırması fonunda dünyada müşahidə olunan da məhz budur.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ