Cümə günü, 16 oktyabr 2026
     

Bakının daşınmaz əmlak bazarında gözlənilməz bahalaşma başlayıb…

Image


Ölkənin daşınmaz əmlak bazarında son dövrlərdə özünü qabarıq şəkildə göstərən hallardan biri də qiymətlərin tədricən yüksəlməsi və bəzi istiqamətlər üzrə mövsümə uyğun olaraq belə enməməsidir. Araşdırmalar göstərir ki, ölkədə, xüsusən də paytaxt Bakıda təkrar mənzillərin qiyməti getdikcə bahalaşır. Yeni mənzillərin qiymətində isə artım bununla müqaiysədə cüzidir. 

Bundan fərqli olaraq, həyət evlərinin qiymətində bahalaşma daha çox nəzərə çarpır. Təkcə iyul  ayı ərzində həyət və bağ evlərinin qiymətində 6.11 faiz artım olub. Ekspertlər qeyd edir ki, artım mövsümi xarakter daşıyır. Belə ki, yay mövsümündə həyət və bağ evlərinə tələbat artır. Amma yuxarıda qeyd olunduğu kimi, daşınmaz əmlakın digər istiqamətləri üzrə də artım var.

 Məsələ burasındadır ki, hər il yay aylarında əmlak bazarında qiymətlərdə ucuzlaşma müşahidə edilsə də, bu il bu nəzərə çarpmayıb. Özü də bu o zaman baş verir ki, alqı-satqı əməliyyatlarının dinamikasında zəifləmə müşahidə edilir. Xüsusən də mənzillərin nağd alışında xeyli azalma var. Eyni zamanda ipoteka ilə alqı-satqıya cəlb olunan əmlakların sayı da xeyli aşağı düşüb. Buna baxmayaraq, qiymətlər ucuzlaşmır. Ekspertlər hesab edir ki, bu daha çox ilkin bazarın təsiri ilə bağlıdır.

Təhlillərə görə, ilkin mənzil bazarında qiymətlər ucuz olmasa da, tətbiq olunan yeni qaydalara görə artıq ilkin mənzil bazarında qiymət artımına təsir göstərən amillərin sayı artıb. Məsələn, əvvəllər 15-20 sot torpaqda çoxmənzilli bina tikmək mümkün idisə, indi artıq torpaq sahəsinin həcmi binanın yerləşdiyi sahədən 3 dəfə artıq olmalıdır. Bu da torpağın alınması zamanı binanın xərclərinin artmasına gətirib çıxarır. Eyni zamanda, qəbul edilmiş digər inzibati qərarlar da yeni tikililərdə tikinti xərclərinin artmasına gətirib çıxarıb. Əmlak eksperti Ramil Osmanlı bu xüsusda bildirir: "Keçən il tikintiyə icazəni icra hakimiyyəti verirdisə, indi artıq Arxitektura və Şəhərsalma Komitəsi bu prosesə bilavasitə nəzarət edir. Komitənin rəyi olmadan icazənin verilməsi mümkün deyil. Komitə qanunvericiliyə dəyişikliklərlə bağlı təşəbbüs etdi və bu qaydalar dəyişdi. Məsələn, əvvəl hər hansı bir tikinti şirkəti sadəcə binanın yerləşdiyi tikintialtı sahəni alıb, ora üçün sərəncam ala bilirdi. İndi artıq binanın yerləşəcəyi tikintialtı sahə də kifayət etmir. İndi həyətyanı sahə də nəzərə alınmalıdır. Qaydalara görə, indi həyətyanı sahə binanın alt tikinti sahəsindən 3 dəfə böyük olmalıdır". Bu durumda tikinti şirkətlərinin əksəriyyəti gözləmə mövqeyinə keçib. Bu hal da qiymətlərin yüksək həddə qalmasına təsir göstərən faktorlardan sayılır. Mütəxəssislərin fikrincə, tikinti sektorunda olan ləngimə mənzil bazarında qiymətlərə hələ bir müddət də təsirsiz ötüşməyəcək. Çünki qaydaların sərtləşdirilməsi ilə yeni çoxmənzilli binaların tikilməsi sahibkarlara ucuz başa gəlməyəcək. Bu da mənzil bazarında qiymətlərin bahalaşmasına səbəb olan faktorlardan sayılır.

Qiymətlərin yüksəlməsinə digər amillər də təsir edir. Belə ki, bu gün mənzil bazarında qiymət dəyişmələri həm də  ilkin bazarda baş verən proseslərə söykənir. Söhbət ondan gedir  ki, bazarda sahibkarlar, mənzil tikinti şirkətinin rəhbərləri qiyməti artırır. Ərazi üzrə yerləşən köhnə binalarda da buna uyğun olaraq mülkiyyətçilər tərəfindən qiymətin artımına təşəbbüs olur və qiymət artımı baş verir. Bu da təbiidir. Çünki köhnə binada yaşayan vətəndaşlar həm də yeni binanın potensial alıcısıdır və onu satıb yeni tikilidə həmin qiymətə uyğun mənzil almaq istəyir. Təbii ki, bu səbəbdən köhnə binalarda da qiymət artımı baş verir. Ekspertlər hesab edir ki, real şəraitdə tələb yoxdursa və təklif yüksəkdirsə, qiymət azalmırsa, bu formada yalnız inzibati qaydada qiymət artımının qarşını almaq olar. Lakin inzibati qaydada bazara müdaxilə yoxdur. Bu mənada, qiymətlərin aşağı düşməsi real görünmür.

Mənzillərlə yanaşı, torpaq bazarında da qiymətlərin artımı qeydə alınır. Ramil Osmanlı da bu faktı təsdiqləyir və bildirir ki, torpaq bazarındakı qiymət artımı mövsümlə əlaqədardır: “Ümumiyyətlə, son dövrlər əmlak bazarında artım dinamikası müşahidə olunur. Bu özünü həm topraq sahələrində, həm də digər daşınmaz əmlak subyektlərində göstərir. Müsbət təsir edən səbəblərdən biri makroiqtisadi vəziyyətin müsbətə doğru dəyişməsidir. Torpaq bazarındakı artımlar daha çox mövsümlə əlaqədar olduğu üçün, yəqin ki, bir müddət sonra regionlara doğru istiqamətlənəcək və Bakıda proses stabilləşəcək”.

Bahalaşma özünü kirayə sektorunda da göstərir. Maraqlıdır ki, hər il yay aylarında kirayə mənzil bazarında qiymətlər ucuzlaşsa da, bu il ciddi bir qiymət enməsi müşahidə edilmir. Bundan əvvəlki illərdə iyulun əvvəllərində kirayə mənzil bazarında 15-20% qiymət azalması müşahidə edilsə də, hazırda vəziyyət dəyişib. Halbuki, əvvəllər bazarda təklifin artması, tələbin azalması və tədris mövsümünün başa çatması ilə əlaqədar iyulun əvvəllərində kirayə mənzil bazarında ucuzlaşma müşahidə edilirdi. Amma indi təkcə iyul ayında kirayə bazarında 4%-ə qədər bahalaşma qeydə alındı. Əvvəlki illərdə isə qiymətlər avqustun sonu, sentyabrın birinci yarısından etibarən artmağa başlayırdı. Bu müddətdə paytaxta tələbələrin axını başlayırdı. Amma indi vəziyyət dəyişib və sentyabrda kirayə qiymətlərinin daha yüksək olması gözlənir. Ekspertlərə görə, qiymət artımının əsas səbəbi kirayə bazarında təklifin azalmasıdır. Hazırda qiymətlər kirayə təklif edilən mənzilin yerləşdiyi ərazidən asılı olaraq 250 manatdan başlayaraq 550-600 manata qədər dəyişir. Məsələn, şəhərin mərkəzi hissələrində 2 otaqlı mənzillərin kirayəsi 350-400 manata, 3 otaqlılar isə 500-600 manata təklif edilir. Nisbətən kənar hissələrdə isə 2 otaqlı mənzillərin qiyməti 250-300 manat, 3 otaqlılar isə 350-400 manat civarında dəyişir. Avqustun sonu, sentyabrın birinci yarısından etibarən isə bu qiymətlərin bir qədər də yüksəlməsi proqnozlaşdırılır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ