Cümə günü, 16 oktyabr 2026
     

Elman Rüstəmov üçün çox çətin maliyyə dövrü başlayır…

Image


Gələn ildən başlyaraq Azərbaycana daxil olan xarici valyuta kütləsinin daha da artması gözlənir. Bunun əsas səbəblərindən biri gələn ildən başlayaraq Azərbaycan qazının Avropa bazarlarına çıxmasıdır. İlkin mərhələdə Avropaya 10 milyard kubmetr həcmində Azərbaycan qazının çıxması gözlənir. Daha sonra isə bu həcm 31 milyard kubmetrə qədər artacaq. Bu isə o deməkdir ki, neftlə yanaşı, təbii qaz da Azərbaycana böyük miqdarda valyuta gətirəcək.

Digər tərəfdən, qeyri-neft sektoru üzrə ixrac həcminin artması ilə turizm, Azərbaycanın ölkə xaricində həyata keçirdiyi çoxsaylı layihələr də valyuta gətirən əsas sahələr sırasında yer almağa başlayıb. Məhz bu durum Azərbaycanın maliyyə sektoruna getdikcə daha çox təsir göstərməyə başlayır. Belə ki, yaranmış vəziyyətdə manatın möhkəmlənməsinə yönəlik təzyiqlər sürətlə artır. Məhz bu səbəbdən indilikdə Mərkəzi Bankın müdaxiləsi olmasa, manat asanlıqla möhkəmlənə, hətta 1 dollar ilk mərhələdə 1,5 manata kimi ucuzlaşardı. Hələlik ölkənin baş bankı prosesin qarşısını almağa çalışır. Amma ölkəyə daxil olan valyuta həcminin artımı fonunda bunu etmək getdikcə çətinləşir. Ona görə hesab edilir ki, qarşıdakı dövr ərzində manatın müəyyən qədər möhkəmlənməsi qaçılmaz olacaq. İndilikdə isə prosesin qarşısını yalnız Mərkəzi bankın müdaxiləsi alır. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov da etiarf edir. Onun sözlərinə görə, ilin əvvəlindən Dövlət Neft Fondunun 800 milyon manatlıq satılmayan vəsaiti var. Bu vəsait bazara çıxmır, həmin vəsait bazara çıxsaydı, bu gün manatın məzənnəsi çox əhəmiyyətli dərəcədə möhkəmlənmiş olardı: “Hazırda manat möhkəmlənmə təhlükəsi ilə üzbəüzdür. Amma biz manatın bahalaşmasını istəmirik. Bunun təkcə müsbət deyil, həm də mənfi tərəfləri var”

Sədr bildirib ki, xarici balans və fiskal sistemdən gələn bu təklif manatın əhəmiyyətli məzənnəsini tələb edir: “Stabil valyuta, çox aşağı inflyasiya səviyyəsi, bütövlükdə ehtiyatlarla təmin olunma, aşağı dövlət borcu - bütün bunlar imkan verir ki, yaxın zamanda investisiya reytinqlərini ala bilək. Bu istiqamətlərdə işlərimizi davam etdirməliyik. Bir neçə faktor var ki, onları gücləndirməliyik. Manatın möhkəmlənməsinin isə müsbət və mənfi cəhətləri var. Bu gün sabit məzənnə rejimindəyik. Hazırda inflyasiyanın hədəflənməsi rejiminə keçmək və gələcəkdə manatın üzən tənzimlənməyə keçməsi istiqamətində proqram üzərində çalışırıq”. Qeyd edək ki, məhz gələn ildən manatın üzən tənzimlənmə rejimində idarə olunması gözlənir. Elə bu dövrdən başlayaraq manatın  möhkəmlənməsi qaçılmaz sayılır. İndilikdə isə Mərkəzi Bankın manatın möhkəmlənməsinin qarşısını alması bir sıra səbəblərlə bağlıdır. Belə ki, hazırda manatın möhkəmlənməsi qeyri-neft ixracatı və iqtisadiyyatın diversifikasiyası baxımdan arzuolunan deyil. Bu fonda mövcud məzənnəni qoruyub saxlamaq məqsədəuyğun sayılır. Baş bank üçün mövcud məzənnəni qoruyub saxlamağın daha prioritet olduğu hiss edilir. Bu, bir tərəfdən Azərbaycan qeyri-neft məhsullarının rəqabətqabiliyyətliliyinin qorunub saxlanmasına gətirib çıxarar, digər tərəfdən isə ixrac həcmini artırar. Onu da nəzərə almaq lazımdır ki, manat möhkəmləndikcə, Neft Fondundan büdcəyə dollar transfertlərinin həcmi artır. Çünki Neft Fondu büdcəyə transfertləri manatla etməlidir. Manat nə qədər ucuz olursa, buna az dollar sərf olunur. Manat möhkəmləndikcə daha çox dollar realizasiya edilir. Ona görə də Mərkəzi Bank da, hökumət də manatın ciddi şəkildə möhkəmlənməsində maraqlı deyil. Amma gələn ildən manatın tədricən möhkəmlənməyə başlaması qaçılmaz sayılır. Çünki artıq hökumət üzən məzənnə rejiminə keçid edir. Bu fonda, ekspertlərə görə,  manatın ciddi möhkəmlənməsinin şahidi olacağıq. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu ilin sonundan ABŞ valyutasının ucuzlaşma prosesi başlanır. Artıq ABŞ hökuməti dolları ucuzlaşdırmaq hazırlığına başlayıb. "JP Morgan" bankının hesablamalarına görə, dolların dünya üzrə zəifləməsi bu ilin sonunda başlayacaq və Federal Ehtiyat Sistemi bu tendensiyanın qarşısını ala bilməyəcək. Hesab edilir ki, gələn ilin ikinci yarısınadək dolların köklü şəkildə zəifləməsinin şahidi olmaq olar. Təbii ki, bütün bunlar manatıqn da məzənnəsinə öz təsirini göstərəcək. Belə vəziyyətdə Azərbaycanın maliyyə sahəsində atacağı addımlardan biri isə qızıl ehtiyatlarını artması olacaq. Ölkə həm xaricdən qızıl alışını davam etdirəcək, həm də daxildə istehsal edilən qızılı yığıma yönəldəcək. Xatırladaq ki, hazırda əksər dövlətlər məhz bu istiqamətdə addım atır və bu da qızılı bahalaşdırır. Ölkənin qızıl ehtiyatlarının mövcudluğunu və qızıl yataqlarından "sarı metal"ın hasilatını nəzərə alanda, dünya bazarında qızılın qiymətinin qalxması Azərbaycan üçün müsbət tendensiyadır. Cari ildə isə Azərbaycanda qızıl hasilatında artım müşahidə edilir. 2019-cu ilin yanvar-may aylarının yekunlarına görə, 1,395 ton qızıl hasil olunub ki, bu da, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə 9,8% çoxdur. 2018-ci ilin yekunlarına görə, Azərbaycanda qızıl hasilatı 4238,6 kiloqrama çatıb. Bu il hasilatın daha yüksək olması gözlənir. Hasil eilən qızıl Dövlət Neft Fondu ilə yanaşı, həm də mərkəzi Bankın ehtiyatlarında cəmləşir. Qızılın etibarlı maliyyə aktivinə çevrilməsi prosesi dünyanın siyasi qeyri-sabitliyi dövründə və ya qlobal iqtisadi böhranın fonunda baş verir. Son illərdə bir çox ölkələr valyuta ehtiyatlarında dollar aktivlərinin payını azaldaraq qızılın payını sürətlə artırır. Azərbaycanın da onların sırasında yer alması qaçılmaz sayılır.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ