"RussNeft" şirkətinin 2019-cu ildə Azərbaycanda neft hasilatının 500 min ton olacağı gözlənir. Bu barədə özəl olaraq “Trend”ə şirkətdən bildiriblər.
Qeyd edilib ki, ötən il də şirkətin Azərbaycanda neft hasilatı ilə bağlı göstəriciləri təxminən eyni olub.
O da bildirilib ki, şirkətin Azərbaycanda başqa yeni layihələrdə iştiraka marağı var.
Qeyd edək ki, "RussNeft" şirkəti 2002-ci ildə yaradılıb.