Cümə günü, 16 oktyabr 2026
     

Vergilər Nazirliyindən xalqa çağırış - kassa çekini tələb etməyi unutmayın!

Image


Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlayıb.

Tədbirlər çərçivəsində ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanır. Nəzarət tədbirləri zamanı kassa çeki və digər ciddi hesabat blanklarının təqdim edilməməsi halları aşkar edilərsə, vergi orqanları tərəfindən qanunamüvafiq tədbirlər görüləcək. Çek tələb etmək alıcılar üçün vacib məsələdir.

  • Çek tələb etməsək nə baş verə bilər?

Alış-veriş gündəlik həyatımızın ayrılmaz hissəsidir. Hər alış-veriş zamanı kassa çeki tələb etmək isə məsələnin hüquqi tərəfdən təminatıdır. Əgər alış-veriş zamanı çek verilməyibsə, bu, qanun pozuntusu və vergidən yayınma deməkdir. Alıcı hər alış-veriş zamanı dövlət büdcəsinə vergilərin ödənilməsində iştirak edir. Belə ki, alış-veriş etdiyimiz yerlər arasında ƏDV ödəyiciləri olan iri supermarketlər və kiçik sahibkarlıq subyektləri var. İstehlakçı alış-veriş zamanı müxtəlif vergiləri (ƏDV, aksiz) ödəyir, həmçinin sahibkarın satışı rəsmiləşdirdiyi zaman gəlirlərini bəyan etməklə vergiləri ödəməsində dolayı şəkildə iştirak edir. Məsələn, vətəndaş əldə etdiyi çekə baxmaqla orada ödənilmiş ƏDV məbləğini görə bilər. Yaxud mağazadan aksizli məhsullar (tütün məmulatı, alkoqollu içki və s.) ala bilər. Alıcı çek tələb etməyəndə ödədiyi vergilərin, həmçinin sahibkarın ödəməli olduğu verginin büdcəyə deyil, ticarət obyektinin sahibində qalmasına yol açır, eyni zamanda, vergilərin büdcədən yayındırılmasına yol vermiş olur. Halbuki, büdcəyə ödənilən vergi xidmət şəklində alıcıya qayıda bilərdi. Vətəndaş çek tələb edən zaman satıcı satışı qeydiyyata almış olur və bu satışdan vergi dövlət büdcəsinə yönəlir. Dövlət büdcəsinə yönələn vergi isə əməkhaqqı, pensiya, təqaüd, səhiyyə və təhsil sisteminə, sosial xidmətlərə və dövlətin digər ehtiyaclarına xərclənir. Alıcılar çekləri tələb etmədikcə büdcəyə daxil olan verginin məbləği azalır. Sahibkarlar qeyri-qanuni gəlir əldə edir, vətəndaş işə əməkhaqqının və ya sosial xidmətlərin azlığından şikayətlənir.

Vətəndaş isə buna özünün yol verdiyinin fərqinə varmır. Nəticədə büdcədən müəyyən vəsait yayındırılır və vətəndaş özü də bilmədən "kölgə iqtisadiyyatı"nın iştirakçısına çevrilir. Alıcılar əksər hallarda məlumatsızlıqdan bu vəziyyətə yol verirlər. Bu səbəbdən bəzi ölkələrdə çek tələb etməyən vətəndaşlara da cərimələr tətbiq olunur. Bütün bunları nəzərə alsaq məlum olur ki, diqqətsizlik ucbatından əldə etmədiyimiz çek gələcəkdə bizə təqdim ediləcək sosial xidmətdən imtina etməyimiz deməkdir. Bu, həm də istehlakçı olaraq hüquqlarımızın pozulmasıdır, çünki malın bu və ya digər səbəbdən dəyişdirilməsi tələb olunduqda, kassa çekinin təqdim edilməsi zəruridir. Bu səbəbdən çek mütləq tələb edilməlidir.

  • Çek tələb etsək nə qazanırıq?

Çek tələb etməklə birinci növbədə, vətəndaşlıq borcunu yerinə yetirmiş oluruq. Satıcıya ödənilən vəsaitin vergi şəklində büdcəyə ödənilməsini təmin etmiş oluruq. Çek tələb etmək vergidən yayınmanın qarşısını almaqdır. İqtisadiyyatdan yayındırılmağa cəhd edilən satışın qarşısını almaqla dövriyyənin qanuni vergiyə cəlb edilməsini təmin etmiş oluruq. Çek əldə etməklə vəsaitin sosial xidmətlərə xərclənməsinə və bununla da daha keyfiyyətli xidmətdən faydalanmağa nail oluruq. İstehlakçı kimi hüquqlarımızı müdafiə etmək üçün sənədə sahib oluruq. Çek alıcının hüququnu təsdiq edən sənəddir. Alış-veriş zamanı çek tələb etmək satışı rəsmiləşdirir. İstehlakçı hüquqları baxımından məsələyə diqqət yetirsək, çek əldə etməklə 14 gün müddətində aldığınız məhsulu qaytarmaq və dəyişmək hüququnuzu qazanmış olursunuz. Bu, çek olmadan mümkün deyil. Çek tələb etmək tərəflər arasında aparılan bütün əməliyyatların qeydə alınmasına, "kölgə iqtisadiyyatı"nın qarşısının alınmasına və vergilərin tam həcmdə dövlət büdcəsinə yığılmasına, nəticədə isə dövlətin qüdrəti olmasına və əhalinin rifah səviyyəsinin artmasına zəmanət verir.

  • Daha yaxşı xidmət üçün aktiv təşəbbüs

Alış-verişin həyatımızın ayrılmaz hissəsi olduğunu yazının əvvəlində qeyd etmişdik. Hər alış-veriş zamanı dövlət büdcəsinə vəsait ödənir və biz bu vəsaiti sosial rifah halımızın yüksəldilməsi kimi dövlətdən geri alırıq. Cəmiyyət arasında çek tələb etmə vərdişinin formalaşması üçün vətəndaşların da bu sahədə biliklərə sahib olması mütləqdir. Öz hüquqlarını müdafiə edə bilən istehlakçı cəmiyyət üçün faydalı təşəbbüslərə yol açacaq və vətəndaş cəmiyyətinin əhəmiyyətli üzvünə çevriləcək. Çünki bu təşəbbüslər ümumi iqtisadi maraqlara xidmət edir. Vergi dövlətin önəmli maliyyə mənbəyidir. Verginin tam və vaxtında ödənilməsi qədər vergilərin ödənilməsində iştirak etmək və buna nəzarət etmək də önəmlidir. Bu, hər bir vətəndaşın borcudur. Çünki bu, son nəticədə vətəndaşın özünə faydalıdır. Dövlətin ona daha geniş imkanlar verməsini və keyfiyyətli sosial xidmətlərdən yararlanmaq istəyən vətəndaş öz vəzifələrini və hüquqlarını bilərək buna uyğun hərəkət etməli və cəmiyyətdə iqtisadi proseslərin qanun çərçivəsində həllində maraqlı olmaldır. Bunun üçün təşəbbüsə çek tələb etməklə başlamaq olar...!



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ