Cümə günü, 16 oktyabr 2026
     

Manatın regional valyutaya çevrilmək şansları yeni mərhələdə...

Image


MDB məkanında bu gün öz sabitliyi ilə seçilən valyutalar sırasında manat xüsusi yer tutur.  Hadisələrin indiki inkişaf axarı isə bu qənaətə gəlməyə əsas verir ki, manat yaxın tezlikdə artıq regional valyutaya çevrilə bilər. Çünki qonşu ölkələr manatla da Azərbaycanla ticarət etməkdə maraqlı tərəf qismində çıxış edirlər.

Hazırda Azərbaycanın malik olduğu valyuta rezervləri və beynəlxalq bazarlarda vəziyyət ölkədə makroiqtisadi sabitliyi təmin etməyə imkan verir. Bu baxımdan manatın məzənnəsini bundan sonra da sabit saxlamaq üçün bütün imkanlar var. Elə bu da manatla ticarətə marağın artmasına rəvac verən amillərdən sayılır.

Digər tərəfdən burada nəzərə almaq lazımdır ki, Azərbaycanın qonşuluğunda yerləşən Rusiya, Türkiyə, İran kimi ölkələr getdikcə dollardan imtina edir. Digər tərəfdən ölkəmizin əsas ticarət tərəfdaşları sırasında yer alan Avropa ölkələri də artıq dolları sıradan çıxarır. Artıq Avropa daha sürətlə ABŞ dollarından asılılığı azaldır. Vaşinqtonun sanksiya təhdidlərinə baxmayaraq, Avropa İttifaqı ölkələri İrandan neft almağa davam edir. Lakin Avropa İttifaqı neftə görə dollarla yox, avro ilə ödənişlər edir. Bundan başqa, avropalılar ABŞ sanksiyalarından yan keçmək üçün "INSTEX" adlanan maliyyə əməliyyatları mexanizmindən istifadə etmək niyyətindədir. Böyük Britaniya, Fransa və Almaniya bu həftə bu sistemin işə düşdüyünü elan edib. "INSTEX" (Ticarət Mübadilələrinə Dəstək Aləti) İran və Avropa İttifaqı şirkətləri arasında pul köçürməsi olmadan malların mübadiləsinə imkan verən vasitəçi sistemdir. Bu sistemlə Tehran faktiki olaraq nefti və digər malları Avropaya göndərə biləcək. Lakin "INSTEX" bu mallara görə pulu İran banklarına deyil, İslam Respublikasına mal ixrac edən Avropa şirkətlərinə ötürəcək. İyunun 28-dən etibarən bu mexanizmdən bütün Avropa İttifaqı ölkələri istifadə edə bilir. Bir qədər sonra isə ondan digər ölkələrin şirkətləri də yararlana biləcək. Azərbaycanın Avropa İttifaqının əsas ticarət tərəfdaşı olması fonunda ölkəmizin də bu sisitemdən yraralanması gündəmdədir. Özü də Avropa İttifaqı prosesdə xüsusi maraqlı tərəf kimi çıxış edir.

Yaranmış durumda Dünya Bankının iqtisadçıları dünyada dedollarlaşma prosesinin başladığını və onu artıq dayandırmağın mümkün olmadığını bəyan edir. İqtisadçı-ekspert Natiq Cəfərli isə belə vəziyyətdə regionda milli valyutalardan istifadənin genişlənməsini istisna etmir. Onun sözlərinə görə, bu məsələ dolların hegemon olduğu bir çox ölkələri narahat edir və bu anlaşılandır: "Gələcəkdə güclü regional bir valyutanın yaradılması bu məsələdə irəliləyişə nail olmağa imkan verə bilər. Güclü regional valyutanın yaradılması dollardan istifadənin getdikcə azalmasına səbəb ola bilər".

Yuxarıda qeyd olunduğu kimi, qonşu ölkələr artıq Azərbaycanla ticarəti milli valyutalar üzərindən aparmaqda maraqlı olduqlarını açıq bəyan edir. İranın xarici işlər naziri Cavad Zərif artıq bu xüsusda müvafiq açıqlamalar verib: "Biz Türkiyə, Rusiya, Çin, Azərbaycan, Hindistan və digər ölkələrlə maliyyə sazişlərinin imzalanmasına dair danışıqlar aparırıq. Bu ölkələrdən bəziləri ilə sazişlər artıq bağlanıb, digərləri ilə isə razılaşmalar, demək olar ki, əldə olunub". Məlumata görə, İran ticarəti Azərbaycanla milli valyutalar üzərindən həyata keçirmək üçün aktiv iş aparır. Eyni sözləri Rusiya və Türkiyə barəsində də demək mümkündür. Azərbaycanın həmin ölkələrlə böyük ticarət əlaqələri var. Hesab edilir ki, bu ölkələrlə ticarət milli valyutalar üzərindən həyata keçirilsə, manat regional valyutaya çevrilə bilər. Çünki rubl, lirə və riala nisbətən manatın məzənnəsi sabitdir. Bu səbəbdən özəl sektor üçün də ticarəti manat üzərindən həyata keçirmək daha sərfəli sayılır.

Avropa İttifaqı ilə də ticarət əlaqələrində milli valyutalardan, ilk növbədə avrodan istfiadə həcminin artması gözlənir. Xatırladaq ki, Avropa İttifaqı dünyada ən iri neft və qaz idxalçısıdır. Ancaq bu sahə üzrə Avropa müqavilələrinin yalnız 20%-i avroda həyata keçirilir. ABŞ dolları, Avropa Komissiyasının hesabatına görə, neft, qaz və kömür idxalı zamanı haqq-hesabda əsas valyuta olaraq qalır. Bu durumda Avropa Komissiyası enerji daşıyıcılarının təchizatı üzrə müqavilələrdə avronun rolunu gücləndirmək üçün artıq hərəkətə keçib. Avropa Komissiyası qeyd edir ki, energetika ilə bağlı müqavilələrdə dolların üstünlük təşkil etməsi valyuta kurslarının dəyişməsinə görə Avropa şirkətlərini risqlərə məruz qoyur. Bundan əlavə, ABŞ-ın idxal rüsumları və kvotaları tətbiq etməsi kontekstində rəsmi Brüssel ABŞ-ın xarici ticarətdə apardığı siyəsətdən də narahatdır. Həmçinin Avropa Komissiyası avronu dayanıqlı, etibarlı və hamının qəbul etdiyi valyuta hesab edir. Komissiya təkcə enerji daşıyıcı bazarından narahat deyil. O, maraqlanan tərəflərlə, kənd təsərrüfatı daxil, digər mal bazarlarında da avronun istifadəsini artırmaq niyyətindədir. Energetika üzrə avrokomissar Migel Arias Kanyete bildirib: "Enerji daşıyıcılarının idxalına dair uzunmüddətli müqavilələrimizin əksəriyyəti avro ilə bağlanmır. Bu, vəziyyətin qeyri-sabitliyindən xəbər verir və avronun dünyada oynamalı olduğu rolu əks etdirmir". Məhz bu şəraitdə Avropa İttifaqı artıq Rusiya ilə enerji sazişlərini avro ilə bağlayır. Perspektivdə analoji addımların Azərbaycanla da münasibətdə atılması istisna olunmur. Belə bir vaxtda Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazları buraxmaq niyyəti isə Avropada manata da marağı artıra bilər. Bütün bunlar bir daha göstərir ki, qarşıdakı dövr ərzində manata beynəlxalq maraq artacaq.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ