çərşənbə axşamı günü, 18 avqust 2026
     

Dolların ehtiyat valyuta statusu təhlükədə... Azərbaycan valyuta ehtiyatlarındakı dolların bir hissəsini qızıl və digər valyutalarla əvəzləyə bilər

Image


Son günlərdə dünya iqtisadiyyatında baş verənlər, eləcə də okeanın o tayından gələn xəbərlər hələ də dünyanın bir nömrəli valyutası sayılan dolların yaxın günlərdə əhəmiyyətli dərəcədə ucuzlaşacağını göstərir. Məsələ burasındadır ki, qarşılıqlı ticarətdə dollardan imtina edən ölkələrin sayı sürətlə artır, eyni zamanda dolları ehtiyat valyuta kimi yığmaq istəyənlər də tədricən onu başqa pullarla, əsasən də qızılla əvəz edirlər.

Hazırda böyük iqtisadiyyata malik ölkələr kimi Rusiya, Çin, Türikyə, İran, Hindistan, bir sıra Asiya, Latın Amerikası ölkələri dollardan imtina edir. Hətta bu günlərdə Rusiya və Çin milli valyutalarda hesablaşmalara keçid haqqında hökumətlərarası razılaşma imzalayıb. Müvafiq sənəd Rusiya maliyyə naziri Anton Siluanov və Çin Mərkəzi bankının sədri İ Qan tərəfindən imzalanıb.
Rusiya maliyyə nazirinin müavini Sergey Storçakın müvafiq məktubundan məlum olur ki, tərəflər sazişi hələ iyunun 5-də imzalayıblar. Məktubda qeyd olunur ki, hazırda Rusiya və Çin müəssisələri arasında yeni hesablaşma mexanizmləri yaradılır. Qeyd olunur ki, tərəflər arasında milli valyutalarda hesablaşmaların artırılması üçün rubl və maliyyə alətləri bazarının yaradılması önəmlidir. Yaxın gələcəkdə Çinlə hesablaşmalarda rublun payı 50%-ə çata bilər. Hazırda isə bu rəqəm 10% civarındadır. O da vurğulanır ki, tərəflər artıq dollarla bağladığı müqavilələr üzrə də hesablaşmalarda rubl və yuana keçə bilər. Məhz belə bir vaxtda Rusiya Mərkəzi Bankı ehtiyatlarını geosiyasi risqlərdən sığortalamaq məqsədilə iri həcmdə Çin yuanı almağa başlayıb. Hazırda Çində iqtisadi artım inkişaf etmiş ölkələri üstələdiyi üçün yuanı ehtiyat valyuta olaraq perspektivli hesab etdiklərini qeyd edən Mərkəzi Bankın sədri Elvira Nabiulina Rusiya ilə Çin arasında strateji tərəfdaşlığı da bu seçimdə mühüm amil olaraq dəyərləndirib. Bundan öncə isə Rusiya prezidenti Vladimir Putin də bəyan edib ki, dünyada dollara inam azalır. Putinin sözlərinə görə, bunda elə ABŞ hökumətinin özü günahkardır.

O, dolların dünyadakı rolunu yenidən nəzərdən keçirməyə çağırıb: "Bu dərin dəyişikliklər beynəlxalq maliyyə qurumlarının uyğunlaşmasını, dolların rolunun təkrar nəzərdən keçirilməsini tələb edir. Beynəlxalq ehtiyat valyutası olan dollar indi emitent-ölkənin dünyanın digər ölkələrinə təzyiq vasitəsi halına gəlib". Rusiya dövlət başçısı, həmçinin, hazırda regional valyutaların rolunun artdığını vurğulayıb. Son zamanlar qarşılıqlı ticarətdə milli valyutalardan istfiadə edən ölkələrin sayı artır. Prosesin genişlənməsi və ona digər ölkələrin də qoşulması dollar üçün ciddi təhdid sayılır.

Bu arada Birləşmiş Ştatların ən böyük maliyyə institutlarından olan "Bank of America" ABŞ administrasiyasının milli valyutanı devalvasiya etmək niyyəti haqqında xəbərdarlıq edib. "Bank of America"da düşünürlər ki, Donald Tramp valyutaya müdaxilə qərarını iqtisadiyyatın sabitləşdirilməsi şüarı altında qəbul edəcək. Bankın ekspertləri bildirir: "Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini azaltması kifayət etməsə, valyuta müdaxiləsi ehtimalı böyüyəcək". Bankın analitikləri Xəzinə Nazirliyindən təlimat gələn kimi Nyu York Mərkəzi Bankının dolları sataraq başqa valyutalar almağa başlayacağını və nəticədə dolların ucuzlaşacağını açıqlayıb. Qeyd olunur ki, Tramp açıq şəkildə "güclü dollar" siyasətindən imtina edib. Onun fikrincə, həddindən çox bahalı dollar Amerika istehsalı olan məhsulların və xidmətlərin ixracına mane olur və ticarət balansında mövcud defisiti daha da dərinləşdirir. Maraqlıdır, dolların zəifləməsi dünya ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadiyyatına necə təsir edəcək? İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, 2 ilə yaxın müddət ərzində FED faiz dərəcəsini 0%-dən 2,5% səviyyəsinə qaldırıb: "ABŞ prezidenti faizin aşağı salınmasını istəyir. Yəni pul ucuzlaşsın, kreditlər ucuzlaşsın, ABŞ iqtisadiyyatında dinamika artsın, kredit götürənlərin həcmi çoxalsın. Bu da ABŞ-da iqtisadiyyatın daha da canlanmasına səbəb olacaq. Burada söhbət FED-in uçot dərəcəsini aşağı salması hesabına dolların digər valyutalar qarşısında ucuzlaşmasından gedir. Ucuz dollar ABŞ ixracatına dəstək verəcək və ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Bir neçə il bundan qabaq dollar avro qarşısında ucuz olanda hətta Avropadan ABŞ-a alış-veriş turları təşkil edilirdi. Avropada mal və məhsullar çox baha olduğuna görə insanlar bazarlıq etmək üçün Birləşmiş Ştatlara gedirdilər. Bu nöqteyi-nəzərdən ABŞ iqtisadiyyatının canlanması düşünülür". Onun sözlərinə görə, FED-in bu ilin sentyabr ayında keçiriləcək toplantısında faizləri aşağı salma ehtimalı yüksəkdir: "FED faizləri aşağı salsa, dolların digər valyutalar qarşısındakı indeksi ucuzlaşacaq. Bu, ABŞ iqtisadiyyatına ciddi dəstək ola bilər". Ekspertin fikrincə, dolların ucuz olması ABŞ-a sərf edir, bu ölkənin ixracatını stimullaşdırır: "Amma ABŞ qəsdən dolları ucuzlaşdırsa, bunu valyuta müharibəsinə çevirsə, o zaman Çin, Avropa İttifaqı ölkələri də eyni addımı ata bilər. Bu isə dünyada valyuta müharibələrinin genişlənməsinə səbəb ola bilər. Dolların ucuzlaşmasının neftin qiymətinə həmişə müsbət təsiri olur. Bu, ən azı, neftin qiymətində ucuzlaşmanın qarşısını alan faktora çevrilir. Çünki ucuz dollar baha neft deməkdir".

Azərbaycana təsirlərinə gəlincə, ekspert bildirib ki, bu proseslərin ölkəmizə birbaşa təsiri yoxdur: "Çünki Azərbaycanda tənzimlənən məzənnə rejimidir". Qeyd edək ki, dolların daha da zəifləməsi onun ehtiyat valyuta kimi statusunu təhlükə altına atır. Xarici kreditorlar artıq sürətli şəkildə dollardan imtina edir. Onun ümumdünya valyuta ehtiyatlarında payı əsrin əvvəli ilə müqayisədə ən aşağı həddə çatıb. 2008-ci ilin maliyyə böhranı zamanı dünyanın mərkəzi banklarının ehtiyatlarında ABŞ valyutasının payı ən yüksək səviyyədə idi. Həmin dövrdən bəri isə onun payı 7 faiz bəndi azalıb. Onu da qeyd edək ki, ekspertlər FED-in bu il iki dəfə faiz endiriminə gedəcəyini gözləyir. Məhz bu şəraitdə dolların əhəmiyyətli dərəcədə dəyər itirməsi gözlənilir. Belə bir vaxtda ölkələrin dollar ehtiyatını digər valyutalarla əvəzləməsi daha sürətli xarakter ala bilər. Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 6,2% artaraq 48 milyard dollara çatıb. Həmin vəsaitin təxminən yarısı dollarda saxlanır və hesab edilir ki, Azərbaycan dolların bir hissəsəini qızıl və digər valyutalarla əvəzləyəcək.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ