Cümə günü, 16 oktyabr 2026
     

Nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi kölgə iqtisadiyyatını aradan qaldırır...

Image


Son 14 il ərzində ölkədə nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib. Məqsəd ödəniş sistemində mövcud vəziyyəti əsaslı şəkildə dəyişdirmək və bu sahədəki durumu inkişaf etmiş ölkələrdə formalaşmış səviyyəyə çatdırmaqdır.

Nağdsız ödənişlər sahəsində mühüm addım Azərbaycan Prezidentinin 2004-cü il 9 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007- ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 22 noyabr tarixli sərəncamı ilə atıldı.

2016-cı ilin dekabr ayında qəbul edilən və 2017-ci il yanvar ayının 1-dən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu” isə bu sahədə yeni bir dönüşün başlanğıcını qoydu. Qəbul edilmiş bu qərarların və ötən ilin əvvəlindən tətbiq edilən “Nağdsız hesablaşmalar haqqında Qanun”un məntiqi nəticəsi bundan ibarət oldu ki, 2017-ci ildə ölkədə Milli Ödəniş Sistemi vasitəsilə aparılan nağdsız hesablaşmaların həcmi son 5 illə müqaisədə 77 faizə qədər artdı.

Keçən ilin sonlarında Prezidenti İlham Əliyev “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiq etdi. Bu vacib sənəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası məqsədilə hazırlanıb.

Hər bir proqramda olduğu kimi, rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramında da strateji hədəflər müəyyən olunub. Buraya, ilk növbədə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və bu hesaba bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi kimi zəruri hədəflər daxildir.

Bu gün ölkənin bank sektorunun canlandırılması və bu məqsədlə bankların resurs imkanlarının genişləndirilməsi yolu ilə onların maliyyə vəziyyətinin sabitləşdirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Son bir neçə il ərzində, xüsusilə milli valyutamızın 2015-ci ildəki kəskin devalvasiyasından sonra bank sektorunda durum bir xeyli ağırlaşıb. Bunun məntiqi nəticəsidir ki, bir neçə il ərzində ölkədə 11 bank bağlanıb. Hazırda da bir sıra bankların maliyyə durumu ürəkaçan deyil.

Bank sektorunda ciddi islahatlar bu sahədə vəziyyəti tənzimləməyin yeganə doğru yoldur. Elə bu səbəbdəndir ki, dövlət bank sektorunun dirçəldilməsi və bu sektorun fəaliyyətinin ölkədə aparılan iqtisadi islahatlar səviyyəsində qurulması üçün ən zəruri addımlar atır. Hökumət postneft dönəmində bankların normal durumda olmasının fərqindədir və bu məqsədlə onlara hərtərəfli dəstək verir.

Hazırda banklar resurs imkanlarını genişləndirərək ölkə iqtisadiyyatının real sektoruna üz tuturlar. Onu da vurğulamaq lazımdır ki, bunun həm iqtisadiyyatımız, həm də banklarımız üçün başqa alternativi yoxdur. Bəlli dünya təcrübəsi var: biznes aləmi öz fəaliyyətində bir qayda olaraq şəxsi vəsaitlərdən daha çox, cəlb edilən vəsaitlərə üstünlük verir. Bu səbəbdən də hökumət nağdsız hesablaşmaların daha da genişləndirilməsini nəzərdə tutan son proqramda bankların resurs imkanlarının genişləndirilməsini hədəfləyib. Bu imkanlar genişləndikcə banklar iqtisadiyyata real yatırımlar edə biləcəklər.

Azərbaycanda iqtisadiyyatın nağdsızlaşdırılması biznes sferasında fəaliyyətin tam şəffaflaşdırılmasını və eyni zamanda vergidənyayınma hallarının aradan qaldırılmasını nəzərdə tutur. Bu olduqca mühüm bir məqamdır. Hesablaşmaların nağd qaydada aparılması vergidən yayınmaq üçün münbit mühitin mövcud olması deməkdir. Bu səbəbdən də haqqında danışdığımız proqramda hesablaşmaların nağdsız formasına keçməklə vergi islahatlarının da davamlı aparılmasını nəzərdə tutan müddəalar var. Sənədin müvafiq bəndində 2020-ci ilə qədər sadələşdirilmiş vergi sisteminin tədricən əlavə dəyər vergisi sistemi ilə əvəzlənməsi nəzərdə tutulur.

Bu məqsədlə təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizmi hazırlanacaq. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcək. Keçiddən sonra isə əlavə dəyər vergisinin müəssisə və təşkilatların fəaliyyət istiqamətləri və xüsusiyyətləri nəzərə alınmaqla diferensiallaşdırılması məsələsinə baxılacaq.

Proqramda ölkədə biznes fəaliyyətinin şəffaflığını təmin edəcək ən mühüm addımlardan biri isə vahid mühasibatlıq sisteminə keçid və elektron mühasibatlığın genişləndirilməsi üzrə tədbirlərin nəzərdə tutulmasıdır. Bu da öz növbəsində biznes mühitinin daha da şəffaflaşdırılması və vergi sisteminin təkmilləşdirilməsi üçün olduqca vacib məsələdir.

Bir sözlə, ölkə iqtisadiyyatının nağdsızlaşdırılması nəticə etibarilə iqtisadiyyatda şəffaflığı təmin etməklə yanaşı, biznes mühitinin əsaslı şəkildə yaxşılaşdırılmasına, onun daha münbit bir səviyyəyə yüksəlməsinə geniş imkan açacaq. Bu addımlar, eyni zamanda, kölgə ioqtisadiyyatının aradan qaldırılmasında və vergidən yayınma hallarının qarşısının alınmasında mühüm rol oynayacaq.

Fikrət YUSİFOV
iqtisad elmləri doktoru, professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ