24/07/2019 01:12
728 x 90

Azərbaycanda xaricilərin maliyyələşdirdiyi proqramların əlaqələndirilməsi barədə Prezident fərmanı nəyə xidmət edəcək?

img

Məlum olduğu kimi, Prezident İlham Əliyev sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında fərman imzalayıb

Fərmana əsasən, xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əlaqəli şəkildə həyata keçiriləcək.

Nazirlər Kabineti mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağlanan kredit, texniki yardım və ya qrant alınmasına dair sazişlərə əsasən həyata keçirilən proqramlara (layihələrə) KOBİA-nın cəlb olunmasını təmin edəcək.

  • Fikrət Yusifov: “Xarici iş adamlarına Azərbaycandakı kiçik və orta sahibkarlığın inkişafı üçün hansı sahəyə yatırım edilməsi üzrə istiqamətlər müəyyən olunmalıdır”

Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların əhəmiyyəti barəsində fikir bildirən iqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün məlum fərmanın imzalanması əhəmiyyətlidir: “Kiçik və orta sahibkarlığın inkişafı üçün xaricdən cəlb olunan vəsaitin idarə olunması, eyni zamanda, həmin vəsait haqqında məlumatların toplanması baxımından belə bir fərmanın imzalanması mühümdur. Xaricdən kiçik və orta sahibkarlığa göstərilən dəstəyin dəyərləndirilməsi baxımından belə bir fərmanın imzalanması vacibdir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, xarici iş adamlarına Azərbaycandakı kiçik və orta sahibkarlığın inkişafı üçün hansı sahəyə yatırım edilməsi üzrə istiqamətlər müəyyən olunmalıdır. İstiqamətlərin təkliflər formasında xarici iş adamlarına verilməsi zəruridir: “Belə bir səpkidə fərmanın imzalanması kiçik və orta sahibkarlığın idarə olunmasında və inkişafında mühüm rol oynayacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər