Prezident İlham Əliyev Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Fərman imzalayıb.
Fərmana əsasən, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiq edilir.
Fərmanla təsdiq edilmiş Qaydaya əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilir.