Cümə günü, 16 oktyabr 2026
     

Nağdsız ödənişlərin qəbulundan imtina edən sahibkarlar məsuliyyətə cəlb olunacaq

Image


Artıq xeyli müddətdir ki,  ölkə gündəmində duran başlıca məqamlardan biri nağdsız ödənişlərin həcminin genişləndirilməsi ilə bağlıdır. İndiyə qədər hökumətin bu istiqamətdə atdığı addımlar, əslində müəyyən nəticələr verir. Amma nağdsız ödənişlərin miqyası hələ də istənilən həcmdə deyil və bunun əsas səbəbi qanunvericilikdə olan bir sıra boşluqlardır.

Bu barədə danışmazdan öncə xatırladaq ki, elə bu günlərdə vergilər naziri Mikayıl Cabbarov qeyd olunan məqamlarla bağlı maraqlı bir açıqlama vermişdi. Nazir bildirmişdi ki, nağd pul kütləsinin ümumi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb: “Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda, 2016-ci illə müqayisədə pos-terminalların sayı 16%-dək azalıb. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 pos-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur”. Sadalanan rəqəmlər nağdsız ödənişlərin miqyasının artdığını göstərsə də, lazımi infrasturukturun azlığı fonunda problem də var. Belə görünür ki, hələ də bəzi sahibkarlar nağdsız ödənişlərdən qaçır. Elə bu səbəbdən Vergilər Nazirliyi qanunvericilik səviyyəsində bu sahədə problemin aradan qaldırılmasının zərurətini gündəmə gətirir. Mikayıl Cabbarov özü də bu xüsusda maraqlı açıqlamalar verib: "Mövcud qanunvericilik ticarət və ictimai iaşə obyektlərində pos-terminallar vasitəsilə ödənişlərdən imtina faktına görə məsuliyyət tədbirləri nəzərdə tutmur". Onun sözlərinə görə, nağdsız ödənişlərin qəbulundan imtinaya görə Azərbaycanda məsuliyyət müəyyən edilməyib: “Bu isə bəzi vergi ödəyicilərinə, sizin tərəfinizdən haqlı qeyd olunduğu kimi, müxtəlif bəhanələr gətirməklə pos-terminallardan istifadədən yayınmağa şərait yaradır. Vergilər Nazirliyi bu məsələ ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Lakin qurumlararası razılaşma prosedurları zamanı bu təşəbbüs dəstəklənməyib. Yenidən bu mövzu gündəmə gələrsə - Milli Məclis qanunvericilik təşəbbüsünə malik olan orqandır və təbii olaraq, biz həmin qanun layihəsini yenidən təqdim etməyə hazırıq".

Ekspertlər də hesab edir ki, nağdsız ödənişlərin qəbulundan imtinaya görə məsuliyyət müəyyən edilməsi artıq zərurətə çevrilir. Çünki real nəticələr göstərir ki, bu istiqamətdə yalnız stimullaşdırıcı addımlar istənilən nəticəni vermir. Elə iqtisadçı-ekspert Vüqar Bayramov da vurğulayır ki, Azərbaycanda pos-terminalların məcburi olması ilə yanaşı, bunlardan istifadə edilməməsinə görə də ayrıca prosedurlar müəyyənləşməlidir. Ekspert bildirib ki, pos-terminaldan istifadə vacibdir: "Ölkəyə gələn turistlərin çoxu pos-terminaldan istifadə etməkdə maraqlıdır. Xüsusən turizmin inkişafı prioritet olduğuna görə bu sahənin inkişafını dəstəkləyən pos-terminallardan daha geniş istifadə edilməsinə ehtiyac var. Aparılan monitorinqlər göstərir ki, ölkədə bir sıra hallarda həm vətəndaşlar, həm də turistlər plastik kartlardan istifadədə çətinlik çəkir. Turizmin inkişafı baxımından pos-terminalların istifadəsinin genişləndirilməsinə ehtiyac var". Onun sözlərinə görə, digər tərəfdən, pos-terminallardan istifadə nağdsız hesablaşmaların genişləndirilməsi, şəffaflığın artırılması, vergidən yayınmanın qarşısının alınması baxımından vacibdir: "Eyni zamanda, vətəndaş bir istehlakçı olaraq pos-terminal olan yerlərdə plastik kartından istifadə etmək imkanına malik olmalıdır. Amma təəssüf ki, nəinki kiçik və orta xidmət və ictimai iaşə müəssisələrində, bəzi hallarda hətta iri obyektlərdə belə pos-terminallardan istifadə olunması problemlidir".

İqtisadçı deyib ki, vətəndaş plastik kartı təqdim edir, amma çox təəssüf ki, qarşı tərəf bununla əməliyyat aparmaqda maraqlı olmur: "Ona görə də qanunvericiliyə dəyişiklik edilməsini təklif edirik. Qanunvericiliyə dəyişiklik edilməsi və qanunvericilikdə pos-terminaldan istifadənin məcburi olmasına ehtiyac var. Baxmayaraq ki, qanunvericilikdə pos-terminaldan istifadə məcburidir. Amma pos-terminaldan istifadə edilmədiyi halda praktiki olaraq hansısa cərimə yoxdur. Ona görə də qanunvericiliyin təkmilləşdirilməsi çox vacibdir. Çünki istehlak hüquqları baxımından pos-terminaldan istifadə edilməsinə ehtiyac var. pos-terminalların məcburi olması ilə yanaşı, bunlardan istifadə edilməməsinə görə də ayrıca prosedurlar müəyyənləşməlidir".

Onun fikrincə, bu sahədə monitorinqlər davam etdirilməlidir: "Çünki pos-terminalın quraşdırılması onun istifadə edilməsi anlamına gəlmir. Yalnız pos-terminalın quraşdırılmasına deyil, bundan istifadə olunmasına da nəzarətin gücləndirilməsinə ehtiyac var. Praktiki olaraq quraşdırılmış pos-terminallardan istifadə ilə bağlı nəzarətin gücləndirilməsi çox vacibdir. Müvafiq qurumlar və xüsusən də Vergilər Nazirliyi bu istiqamətdə monitorinqləri gücləndirməklə, eləcə də qanunvericiliyi təkmilləşdirməklə problemin həlli ilə bağlı addımlar atıla bilər".

Yuxarıda qeyd olunduğu kimi, ölkədə nağdsız əməliyyatların həcminin artırılması üçün artıq müxtəlif addımlar atılır, o cümlədən stimullaşdırıcı tədbirlər görülür. Məsələn, cari ilin əvvəlindən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliyə əsasən, pos-terminalla həyata keçirilən ödənişlərə görə sahibkarlara müəyyən güzəştlər verilib. Bu dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 3 il müddətinə 25 faizi həcmində azaldılır. Amma bunun üçün sahibkarın satışı pos-terminal vasiətsilə həyata keçirməsi mühüm şərtdir. Bu güzəştin alınması hüququ müəyyən edilərkən, vergi orqanında uçotda olan şəxslər tərəfindən pos-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Eləcə də, alıcı alınmış mallara görə ödənişi nağdsız qaydada edirsə, əlavə dəyər vergisindən (ƏDV) onun hesabına 15 faiz həcmində vəsait qaytarılır.  Bütün bunlarda əsas məqsəd pos-terminaldan istifadəni stimullaşdırmaqla nağdsız dövriyyənin genişləndirilməsinə nail olmaqdır. Amma görünən budur ki, məcburi mexanizmlər tətbiq edilməyəcəyi halda pos-terminallardan istifadə həcmi lazımi səviyyədə olmayacaq.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ