Cümə günü, 16 oktyabr 2026
     

Elektron qaimə-faktura: karqo şirkətləri qaydalara nə dərəcədə əməl edir?

Image


Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nda göstərilir ki, əlavə dəyər vergisi (ƏDV) ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq təşkil edən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

Bəs topdan və pərakəndə satış obyektlərində qanunvericiliyin bu tələbinə nə dərəcədə əməl olunur? Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya bilir: "Onlayn rejimdə" və "Oflayn rejimdə". Müşahidələr göstərir ki, son vaxtlar ticarət sektorunda fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən təqdim edilən malların elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi ilə bağlı xeyli irəliləyişlər olsa da, bu, hələ bazardakı bütün malları əhatə etmir. Bu isə vergi uçotunun düzgün aparılmamasına və vergidən yayınma hallarına gətirib çıxarır. Fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən şəxs tərəfindən həmin malların sənədlərinin təqdim olunmaması və bunun elektron qaimə-fakturalarla rəsmiləşdirilməməsi həm də məhsulun istehsal olunduğu mənbədən son istehlaka qədərki dövriyyə prosesinin iştirakçıları üçün əlavə çətinliklər yaradır.

İqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov bildirib ki, hazırda bazarın müxtəlif sahələrində mal və xidmətlərin elektron qaimə-faktura ilə rəsmiləşdirilmədən təqdim olunması halları müşahidə edilir: "Belə hallara hər bir sahədə, az da olsa, rast gəlinir. Amma elektron qaimə-fakturasız malların satışı avtomobillərin ehtiyat hissələri və paltar-geyim sahəsində daha çoxdur. Bu isə əsasən onunla əlaqədardır ki, həmin məhsullar gömrükdə karqo müəssisələr tərəfindən daşınarkən sənədləşmə aparılmır".

Ə.Əsədov qeyd edib ki, Bakıda avtomobillərin ehtiyat hissələri bazarlarındakı bütün məhsullar, "Binə" və "Sədərək"dəki geyimlərin, demək olar ki, hamısı ölkəyə karqo şirkətləri tərəfindən daşınır. Həmin şirkətlər xaricdən gətirdikləri malları topdan və pərakəndə satış fəaliyyəti göstərən sahibkarlara təhvil verirlər. Sahibkarlar isə həmin malları sənədsiz satırlar: "Hazırda topdan və pərakəndə ticarət obyektlərindəki malların əksəriyyəti həmin mallardır. Ona görə də karqo şirkətlərinin sahibkarlara indiyədək təqdim etdikləri sənədsiz mallar dövriyyədən çıxmayana qədər elektron qaimə-faktura olmadan təqdim edilən mallara bazarda rast gəlinəcək".

Ekspert vəziyyətdən çıxış yolunu şəffaflaşmanın inzibatçılığın bütün sahələrini, həm də tam şəkildə əhatə etməsində görür. Onun fikrincə, hər şeydən əvvəl, xaricdən gətirilən malların sənədləşdirilməsi sahəsində şəffaflaşmaya diqqət artırılmalıdır: "Bu sahədə şəffaflıq tam təmin olunsa, dövriyyədəki malların sənədləşdirilərək satışa çıxarılması məsələləri də zəncirvari qaydada həllini tapacaq".

Xatırlatma:

Pərakəndə satış - malların alıcıya satışının (təqdim olunmasının) son istehlak məqsədilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim olunmaqla həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Topdansatış - malların alıcıya satışının (təqdim olunmasının) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim olunmaqla həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Beləliklə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında, əlavə olaraq, POS-terminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesab-fakturası təqdim edirlər.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ