Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Dollar 1,5 manata kimi ucuzlaşa bilər…

Image


Azərbaycanda ABŞ dollarının məzənnəsinin uzun müddətdir ki, 1,7001 səviyyəsində qalması müşahidə olunur. Qeyri-neft sektoru üzrə ölkənin ixrac potensialını qorumaq üçün bu məzənnə ölkəmizdən ötrü məqbul sayılır. Elə həm ixracatçılar, həm də idxalçılar məzənnədə aylardır yaranan bu nisbəti nəzərə alaraq fəaliyyətlərini müəyyən edirlər.

Rəsmi açıqlamalardan da məlum olur ki, hökumət indiki hədd nisbətini yetərli sayır. Məsələn, Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirir: “Mərkəzi Bank valyuta bazarına əhəmiyyətli dərəcədə müdaxilə etmir. Bununla belə, əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşması və yaxud bahalaşmasını istəmirik. Odur ki, məzənnə siyasətində “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edilir. Tənzimləyici qurum az volatilli sabit məzənnə, ucuz pul və aşağı səviyyəli inflyasiyanı qarşıya hədəf qoyub və bunların üçü də eyni dərəcəcə vacibdir. Qurumun valyuta ehtiyatlarının artması isə bankların ona olan borclarını qaytarması ilə bağlıdır. Hazırda Mərkəzi Bank valyuta hərraclarında dollar alıb-satmır”.

Amma dünya maliyyə bazarlarında son proseslər göstərir ki, dolları bu gedişlə uzun müddət indiki həddə saxlamaq mümkün olmayacaq. Əsas səbəb dolların bir çox əsas valyutalar, o cümlədən avro qarşısında ucuzlaşmasıdır. Bu məsələ ABŞ-ın Mayami şəhərində keçirilən "TradeTech FX" konfransında da əsas diqqət mərkəzində yer alıb. "AG Bisset Associates" valyuta proqramları menecmenti şirkətinin baş investisiya mütəxəssisi Ulf Lindal bildirib ki, 2018-ci ilin sonuna qədər dollar-avro məzənnəsi 1,43 səviyyəsinə qədər artacaq. Hazırda 1 avronun qimyətinin 1,23 dollar olması fonunda bu o deməkdir ki, ABŞ valyutası il ərzində kəskin ucuzlaşacaq.

Qeyd edək ki, bunu sözügedən konfransda toplaşmış  valyuta bazarlarının 500-ə yaxın iştirakçısının böyük əksəriyyəti də təsdiq edib. "Bank of America" tərəfindən sorğulanan investisiya fondları menecerlərinin ortaq fikri bu olub ki, dolların məzənnəsi ucuzlaşmağa davam edəcək. Dolların ucuzlaşmasına səbəb kimi fond menecerləri dünya iqtisadiyyatının sürətlənməsi fonunda mərkəzi bankların monetar stimullaşdırmanı azaltmasını göstəriblər. Analitiklərin fikrincə, bazarın əksər əsas oyunçularının dollarla bağlı bədbin əhval-ruhiyyəsi isə dolların ucuzlaşmasını bir qədər də sürətləndirəcək.

1,75 trilyon dollar aktivlərə sahib olan "Amundi Pioneer Asset Management" investisiya şirkətinin istiqrazlar üzrə portfel meneceri Pareş Upadhyaya bildirib ki, mərkəzi banklar tərəfindən monetar stimullaşdırmanın tamamlanması dolların, böyük ehtimalla, daha 1-2 il ucuzlaşmasına səbəb olacaq: "Dollar-avro cütlüyü bu ucuzlaşma prosesində liderlik edəcək ".

Bu fonda ölkəmizdə manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün Avropa valyutasının dollara nisbətən möhkəmlənməsi birbaşa manatın avro qarşısında dəyər itirməsinə gətirib çıxarır. Amma əvəzində manat dollara nisbətdə möhkəmlənir. Avropazonada iqtisadi göstəricilərin yaxşılaşması,  eləcə də dolların son günlər əksər dönərli valyutalara nisbətən dəyər itirməsi avronun daha da güclənməsinə səbəb olub. Belə vəziyyətdə hökumət müdaxilə etməsə, dolların daha çox ucuzlaşması qaçılmaz sayılır. Hətta il ərzində dolların 1,5 manata kimi ucuzlaşması belə mümkündür.

Hazırda dollarla bağlı proseslərin inkişafını müəyyən edən digər bir proses isə ABŞ Federal Ehtiyat Sisteminin atacağı addımlar olacaq. ABŞ-da artan inflyasiya fonunda fikirlər səslənir ki, Federal Ehtiyat Sistemi uçot dərəcəsini hər rüb, yəni 2018-ci ildə 4 dəfə artıra bilər.  Qurumun monetar siyasətini daha da sərtləşdirməsinə səbəb kimi analitiklər makroiqtisadi amilləri əsas gətirir. Belə ki, yanvar ayında ABŞ-da 200 min yeni iş yeri açılıb, əmək haqlarında artım 0,3% olub. İnflyasiya isə sürətlənməkdə davam edir. Ötən ay  inflyasiya göstəricisi Federal Ehtiyat Sisteminin hədəfi olan 2% həddini ötüb və 2,1% təşkil edib. Bu vəziyyətdə Federal Ehtiyat Sisteminin uçot dərəcəyini artırması dolların ucuzlaşmasını qismən əngəlləyə bilər.  Ekspertlər bildirir ki, ümumiyyətlə, qlobal bazarlar üçün hazırda qeyri-müəyyənlik təşkil edən iki amil yaranıb. Bunlardan birincisi Federal Ehtiyat Sisteminin yeni rəhbəri Cerom Pauelin monetar siyasətlə bağlı mövqeyi, ikincisi isə ABŞ-da həyata keçirilən vergi islahatlarının iqtisadiyyata təsir dərəcəsidir. Tədricən bu iki amilin iqtisadiyyata təsiri müşahidə olunacaq və bu da qlobal maliyyə bazarlarına öz istiqamətini müəyyənləşdirmək imkanı verəcək. Dolların məzənnəsi, fond birjaları, faizlər və xammal qiymətləri ABŞ iqtisadiyyatının 2018-ci ildə inkişaf perspektivlərindən birbaşa asılı olacaq. Amma istənilən halda dolların il ərzində möhkəmlənməyəcəyi qətidir, əksinə, proseslər onun ucuzlaşma ehtiymalının getdikcə artdığını göstərir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ