çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Neft bazarında kəskinləşən ziddiyyətlər dünyanın başına od ələyə bilər

Image


Neftin qiyməti ətrafında baş verənlər bu məhsulun yaxın tezlikdə dünya bazarında bahalaşmasının hələ də mümkünsüz olduğunu göstərir. Hətta ABŞ-da hasilatın azalmasına dair yayılan xəbərlərə baxmayaraq, dünya bazarında neftin qiyməti bir barrel üçün 50 dollarlıq həddi aşa bilmir. ABŞ-da neft-qaz sektorunda servis şirkəti olan "Baker Hughes"un məlumatlarına əsasən, ABŞ-da keçən həftə ərzində işlək neft quyularının sayı 16 ədəd və ya 2,7% azalaraq 578-ə enib.
Qeyd edək ki, işlək neft quyularının sayı bir il əvvəl, yəni 2014-cü ilin sonunda 2 000-ə yaxın olub.
Norveçin "Rystad Energy" biznes-konsaltinq şirkəti isə bildirir ki, OPEK ölkələri oktyabrda hasilatı artırıb. Səudiyyə Ərəbistanı gündəlik hasilatı 80 min barrel artıraraq 10,38 milyon barrelə, Liviya isə 80 min barrel artıraraq 430 min barrelə yüksəldib. Elə bu da neftin bahalaşmasına imkan vermir. Bahalaşma üçün OPEK hasilatı azaltmalıdır. Küveytin neft naziri Əli Saleh əl-Omayr isə hesab edir ki, neft hasilatının azaldılması yalnız OPEK üzvü olmayan ölkələrlə birlikdə edilməlidir":OPEK üzvü olmayan ölkələr istənilən neft hasilatına qoşulmalıdır. Bu, bazarda balans yaradılması üçün vacibdir. Bazardakı vəziyyətə görə, dünya iqtisadiyyatının nə zaman bərpa olunacağını söyləmək mümkün deyil. Amma ümid edirəm ki, bu gələn il baş verəcək. İqtisadi artım tempi bərpa olunarsa, qiymətlər də qalxacaq". Xatırladaq ki, OPEK-in tərkibinə 12 ölkə daxildir: İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola. Daha 4 ölkə - Meksika, Misir, Oman və Rusiya isə OPEK-də müşahidəçi ölkə statusu daşıyır. Təşkilatın ötən ay neft hasilatının azalması ilə bağlı iclasına Azərbaycan da dəvət edilmişdi. Müşavirədə neftin qiymətini 70-80 dollara qaldıra bilmək üçün hasilatı azaltmaq planına Venesueladan başqa dəstək verən olmayıb. Xatırladaq ki, nefti bahalaşdırmaq üçün hasilatı mərhələlərlə azaltmaq təklifini Venesuela irəli sürmüşdü. OPEK bu təklifi kartelə daxil olmayan hasilatçı ölkələrin iştirakı ilə müzakirə etməyə razılaşıb.
Bu məqsədlə, Azərbaycan da daxil olmaqla, hasilatçı ölkələrin energetika nazirlərinə Vyana müşavirəsinə qatılmaq üçün dəvətlər göndərilib. Ancaq Azərbaycanın energetika naziri Natiq Əliyev müşavirəyə qatılmaqdan imtina edib. Eləcə də OPEK-ə daxil olmayan ölkələrdən Norveç və Oman da bu müşavirəyə öz nümayəndə heyətlərini göndərməyib. Rusiya, Qazaxıstan, Kolumbiya, Meksika və Venesuela nümayəndə heyətləri müşavirəyə getsə də, Venesuela istisna olmaqla, qalanlar hasilatı azaltmaq ideyasını dəstəkləmədiklərini əvvəlcədən elan etmişdilər. Bu mənada, gələn ay keçiriləcək iclasda da razılıq əldə olunması inandırıcı görünmür.
Əksinə, OPEK-ə daxil olan ölkələr arasında rəqabət qızışıb. Neftin qiymətlərinin yüksək olduğu vaxtlarda təşkilata üzv ölkələr öz aralarında razılaşaraq qiymətləri tənzimləyirdilərsə, hazırda neftin qiymətlərinin kəskin azalması fonunda üzv ölkələr əlavə endirimlərlə bazar paylarını qorumağa çalışır. Mərkəzi Londonda yerləşən maliyyə konsalting şirkəti olan "Energy Aspects"in son hesabatı da bunu göstərir. Konsaltinq şirkətinin yaydığı son hesabatda deyilir: "OPEK daxilində nəinki təşkilata daxil olmayan ölkələrlə, hətta öz aralarında da genişmiqyaslı müharibə gedir. Əsas "döyüşlər" Asiya - Sakit okean regionu uğrundadır". Beynəlxalq Energetika Agentliyinin" (İEA) məlumatına əsasən, 2015-ci ildə bu regionun payına dünya neft istehlakının 34%-i düşüb. Təkcə Çin dünya neft istehlakının 25%-nə cavabdehdir. Agentliyin proqnozlarına görə, Asiya - Sakit okean regionunun 2016-cı ildə neftə olan tələbinin artmasına görə dünyada lider olacağı bildirilib.
Hazırda İraq "barsan" tipli ağır neftini Səudiyyə Ərəbistanının analoji neftindən 3,7 ucuz satır. Qətər isə nefti analoji Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi "murban sortu" neftindən 1,2 dollar ucuz satır. OPEK üzvü ölkələr tətbiq etdikləri endirimlərlə yeni müştəriləri ilə uzunmüddətli müqavilələr bağlamağa cəlb edirlər. Onlar İrana tətbiq olunan sanksiyaların aradan qaldırılması ilə İran neftinin bazara daxil olmasından və Çin başda olmaqla, dünya iqtisadiyyatındakı inkişafın yavaşıması səbəbindən neftə tələbin azalmasından ehtiyatlanırlar. Orta Şərq ölkələri yeni bazarlar axtarışına davam edir. Belə ki, Səudiyyə Ərəbistanı dempinq tətbiq edərək Rusiyanın nüfuz dairəsində olan Polşa bazarını ələ keçirib. Avropalı treyderlər ərəb neftinin rus neftindən xeyli ucuz təklif edildiyini bildiriblər. Artıq Rusiyanın "Urals" markalı nefti Avropa bazarında mövqelərini itirir. Səbəbi Orta Şərqin ucuz neftinin bu bazara axmasıdır. Avropa bazarında rus neftinə təzyiqlər fasilə vermədən artır. Səudiyyə Ərəbistanı Krallığının "Aramco" dövlət neft şirkəti noyabrın 5-də şimal-qərbi Avropa üçün qiymətləri endirdiyini bəyan edib. "Reuters" qeyd edir ki, neftin aşıb-daşdığı bu bazarda, özəlliklə də Baltikyanı regionda Səudiyyə Ərəbistanı ilə Rusiya arasında rəqabət gün keçdikcə güclənir.
İsveçin ən iri neft emalı şirkəti "Preem" Səudiyyə neftinin alışına başladığını elan edib. Bu regionun bazarında əsas oyunçu olan Rusiya neftçiləri üçün bu xəbəri zərbə saymaq olar. "Reuters"in xəbərinə görə, "Preem" indiyədək əsasən "Urals" nefti ilə işləyib.
Bu ilin yayından artıq Macarıstan rus nefti əvəzinə İraq Kürdüstanından neft alır. Oktyabr ayından isə Səudiyyə Polşaya neft tədarükünə başlayıb.
Polşanın "Orlen" və "Lotos" şirkətləri "urals"ı ərəb nefti ilə əvəz edir. Ərəblər polyaklara qiymətdə güzəştlər edir. "Lotos"dan "Reuters"ə deyiblər ki, ərəblərlə sövdələşmə ruslarla danışıqlarda şirkətin mövqeyini gücləndirir. Amma bu vəziyyətdə Rusiyanın qiymətləri endirməsi durumu daha da ağırlaşdırır.
Tahir TAĞIYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ