Cümə günü, 10 iyul 2026
     

Bankların siyasəti əhalini kredit kartlarından uzaqlaşdıran ciddi səbəbə çevrilib

Image


Maliyyə sektorunda diqqət cəlb edən hadisələrdən biri də son aylarda dövriyyədə olan ödəniş kartlarının sayının azalmasıdır. Bunun səbəbləri barədə isə fərqli fikirlər səslənir. Bu barədə danışmazdan öncə qeyd edək ki, 30 sentyabr 2015-ci il tarixində dövriyyədə olan ödəniş kartlarının cəmi sayı 5 milyon 647 min ədəd olub. Cari ilin iyun ayının sonunda ödəniş kartlarının sayı 6 milyon 88 min ədədə çatmışdı. İyul-sentyabr aylarında ödəniş kartlarının sayı 441 min ədəd azalıb.
Araşdırmalar göstərir ki, dövriyyədə olan ödəniş kartlarının sayının azalması sosial, kredit və debet kartlarının sayının azalması ilə bağlıdır. Debet kartlarının sayı iyul-sentyabr ayları ərzində 250 min ədəd azalaraq 907 min ədəddən 657 min ədədə düşüb. Ekspertlər isə kartların sayının azalmasını müxtəlif səbəblərlə izah edir. Əvvəla, araşdırmalar göstərir ki, banklarda problemli kreditlərin artmasında kartların rolu heç də az deyil. Müştərilər isə kredit kartlarına görə çox vaxt banklara daha artıq vəsait ödəmələrindən narazılıq edirlər. Bu səbəbdən, əvvəlki dövrdən fərqli olaraq, kredit kartlarından uzaq duranların sayı artır.
Halbuki, banklarda kredit şərtlərinin ağırlaşmasından sonra kredit kartları vasitəsilə maliyyə əməliyyatlarının sayı artmağa doğru gedirdi. Amma cari ilin fevralında məlum devalvasiyadan sonra bəlli oldu ki, banklar müştərilərinə kredit kartlarındakı vəsaiti əsasən dollarla verib. Bu prosesdən isə müvafiq müqaviləni oxumayan müştərilərin xəbəri olmayıb. Belə vəziyyət də kartlara inamı xeyli azaldıb. Digər tərəfdən, kredit kartları daha çox maddi vəziyyəti aşağı olanları dəstəkləmək məqsədi daşısa da, normadan artıq xərcləndikdə ciddi problemlər yaranır. Pulsuz alış-veriş imkanı verən bir vasitə kimi görünsə də, kartın zərərli və ya faydalı olması kart sahibinin onu necə istifadə etməsindən asılıdır. Bəzən kart haqqında kifayət qədər məlumatı olmayan istifadəçi ciddi problemlərlə qarşılaşa bilir. Onu da bildirək ki, kredit kartları da iki cür olur. Biri standart kredit kartlarıdır və burada müəyyənləşdirilən məbləğə uyğun kredit xətti açılır, həmin pul karta yerləşdirilir. İstifadəçi pulu kartdan çəkib nağd şəkildə istifadə edə bilir. Ancaq ödəniş müəyyən olunmuş tarixdən gecikərsə, bu zaman faiz əlavə olunur. Digəri isə taksit kartlarıdır. Bu, bir sıra bankların təqdim etdiyi kampaniyalara daxildir. Həmin kampaniyalar ondan ibarətdir ki, istifadəçi kart vasitəsilə hər hansı bir malı alır, daha sonra 3 və ya 6 ay ərzində həmin məbləği ödəyir. Kredit kartının fərqi ondadır ki, burada nağd çəkilən pul müəyyən bir tarixdə birdəfəyə ödənməlidir. Amma taksit kartlarında sərf olunan məbləğ hissələrə bölünərək ödənir. Araşdırmalar isə göstərir ki, taksit kart istifadəçiləri bankda kartla bağlı lazımi qədər məlumat toplamadıqları üçün sonradan problem yaşayırlar. Bu kartlardan istifadə üçün həmin banka illik əməkhaqqı ödənilməlidir. Bir çoxları bundan xəbərsiz olur. Bu əməkhaqqı kartdan pul sərf olunmasa da ödənilməlidir. Vətəndaşlar bundan xəbərsiz olduqları üçün əlavə pul ödəməli olur. Bu da müştərilərin kartlardan uzaq qaçmasında az rol oynamır. Ölkədə nağdsız ödənişlərin həcminin az olması da kartlardan daha az istifadə olunmasına gətirib çıxarır. Mərkəzi Bank əhaliyə nağdsız alış-veriş etməyə pos-terminallardan istifadəni məsləhət görsə də, hətta ən böyük marketlərdə də müştərilər alış-veriş zamanı nağd ödənişə üstünlük verir. Plastik kartlar vasitəsilə pos-terminallardan istifadə etməklə ödəmələrə isə az adam müraciət edir. Onu da qeyd edək ki, inkişaf etmiş ölkələrdə dükan, bazar, otel və restoranlarda ödənişlər plastik kartlar vasitəsilə aparılır. Hər bir ticarət obyektində pos-terminallara rast gəlmək olar. Bununla yanışı, ekspertlər plastik kartlarla ödəmələr zamanı həm vaxta, həm də pula qənaət edildiyini bildirir. Digər tərəfdən, pos-terminallara ödəniş edəndə artıq qalan qəpik balansda cəmlənir. Hesabda qalan qəpiklər itmir və üst-üstə yığılır. Bəzən xidmət, yaxud satış obyektinin öz bonus siyasəti olur və hər alış-verişdə müəyyən endirimlər edilir.
Qeyd edək ki, nağdsız dövriyyənin inkişaf etdirilməsi sahəsində kifayət qədər hüquqi-normativ baza mövcuddur. Amma bu, nağdsız ödənişlərin genişlənməsinə hələ imkan vermir. Halbuki, pos-terminallar vasitəsilə ödənişin aparılması ticarət obyektlərinin dövriyyəsinin dəqiq müəyyən olunmasına və bununla da vergidən yayınma hallarının azalmasına gətirib çıxara bilər.
Tahir TAĞIYEV








VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

09.07.2026 / 21:30
Ankara zirvəsində 2 əsas yekun - ABŞ-Avropa konsensusu, hamı Rusiyaya qarşı...

09.07.2026 / 21:06
Zirvədən sonra “daha güclü NATO” yarandımı? - Mübahisə var...

09.07.2026 / 20:40
Daxili İşlər Nazirliyi ilk 6 aya yekun vurdu... Cinayətlərin açılma faizi xeyli yüksəlib...

09.07.2026 / 20:27
Azərbaycanın "JF-17 Thunder" qırıcıları Ermənistanı qorxuya saldı...

09.07.2026 / 20:12
Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

09.07.2026 / 19:55
Tramp İranı birbaşa NATO zirvəsindən vurdu - mesajlar nədir?...

09.07.2026 / 19:38
Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

09.07.2026 / 19:21
Çexlər separatçı cani Vardanyana görə əfsanəvi Vatslav Haveli hörmətdən saldılar...

09.07.2026 / 19:08
Vüsal Tahirov haqqında deyilənlərdən...

09.07.2026 / 19:05
Azərbaycana diri heyvan idxal edən iri şirkətlər əsas məlumatları "gizli" saxlayır...

09.07.2026 / 18:51
Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

09.07.2026 / 18:37
TRIPP-ə İran təhdidi böyüyür, Qafqaz savaşa cəlb edilə bilər...

09.07.2026 / 18:22
Azərbaycanlı miqrantların Rusiyada işi çətinləşir, pul köçürmələri kəskin azalır...

09.07.2026 / 18:10
İran İordaniyadakı ABŞ bazasını vurdu...

09.07.2026 / 17:56
Britaniya “Zəngəzur” tankerini sanksiya siyahısından çıxardı

09.07.2026 / 17:53
“İki sahil” qəzeti 35 yaşını qeyd edir

09.07.2026 / 17:51
Vatikanla humanitar və mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub

09.07.2026 / 17:39
Nəsimidə ər arvadını güllələdi

09.07.2026 / 17:28
ABŞ İranın Çin və Rusiya ilə əsas ticarət yolunu bombaladı...

09.07.2026 / 17:17
"Sözün hekayəsi": növbəti Vaqif Poeziya Günləri keçiriləcək

09.07.2026 / 17:04
Süni intellekt üçün internet Bakcelldən

09.07.2026 / 16:52
NATO zirvəsində Türkiyədən Rusiyanın xoşuna gəlməyəcək bəyanat...

09.07.2026 / 16:42
İranın Buşehr əyalətində partlayış səsləri eşidildi...

09.07.2026 / 16:34
"Süni intellekt sahəsindəki Fəaliyyət Planı "suveren süni intellekt" konsepsiyası üzərində qurulub" - Ramid Namazov

09.07.2026 / 16:23
Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

09.07.2026 / 16:15
Prezident Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqlədi

09.07.2026 / 16:12
Tankçı Valehin igidlik və şəhidlik hekayəsi - Atası Saleh kişi arzusunu yerinə yetirdi...

09.07.2026 / 15:56
"2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq" - Komissiya sədri

09.07.2026 / 15:41
Ölümə meydan oxuyan igid - Şəhriyar Mirişli

09.07.2026 / 15:22
Satışda olan bu meyvə şirələrində rəngləyici aşkarlandı...

09.07.2026 / 14:39
NATO Ankarada Trampa “buynuz göstərdi”...

09.07.2026 / 14:26
Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır

09.07.2026 / 14:17
Əməkdar jurnalist Faiq Qismətoğlunun yubiliyi Aşıqlar Birliyində qeyd olunub

09.07.2026 / 14:10
Rusiya Ukrayna dronlarına qarşı əməliyyat zamanı öz helikopterini vurdu...

09.07.2026 / 13:53
Paşinyan Rusiya ilə anlaşdı – “təfərrüatları paylaşmayacağam”...

09.07.2026 / 13:44
Elm, Dövlətçilik, Humanizm və Sadəliyin Vəhdəti - Cavanşir Feyziyev

09.07.2026 / 13:32
Rusiya ərzaq böhranı ərəfəsində - dizel böhranı kənd təsərrüfatı sektorunu da vurdu...

09.07.2026 / 13:04
Paşinyan yeni konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını vəd etdi

09.07.2026 / 12:51
Rusiyanın Omsk neft zavodu Qazaxıstan ərazisindən vurulub? – Astanadan açıqlama...

09.07.2026 / 12:24
Polis Sabunçuda əməliyyatlar keçirdi - 4 nəfər saxlandı...

09.07.2026 / 12:10
Pezeşkian və Əraqçı İraqda hücuma məruz qaldı - VİDEO

09.07.2026 / 11:47
Ukrayna Tver və Stavropolda neft anbarlarını, Azovda iki tankeri vurdu...

09.07.2026 / 11:31
İran ABŞ-ın hücumları nəticəsində 14 nəfərin öldüyünü açıqladı...

09.07.2026 / 11:19
Tramp İrandan yeni mesaj aldıqlarını iddia etdi - razılaşma istəyirlər...

09.07.2026 / 11:07
İran Qətərdə ilk xəbərdarlıq mərkəzini, Bəhreyndə yanacaq anbarını vurdu

09.07.2026 / 10:53
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinə start verilir...

09.07.2026 / 10:41
Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlandı

09.07.2026 / 10:27
"Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan çıxarıldıqdan sonra sülh sazişi imzalana bilər" - Nazir

09.07.2026 / 10:21
Ceyhun Bayramov: "Delimitasiya prosesi çərçivəsində eksklav kəndlər məsələsi də həllini tapacaq"

09.07.2026 / 10:08
Natiz TRIPP-lə bağlı yaxın vaxtlarda yeni xəbərlərin olacağını açıqladı...

09.07.2026 / 09:46
Lənkəran və Yevlaxda əməliyyat - 76 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

09.07.2026 / 09:18
ABŞ İranda 90 hədəfi vurduğunu açıqladı...

09.07.2026 / 08:47
İran ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarını vurdu

08.07.2026 / 22:51
Azərbaycan Ukraynaya təhlükəsizlik sektorunda da dəstək verir - Zelenskidən ilginc açıqlama...

08.07.2026 / 22:24
Özbəkistan Türk dünyasına birləşmək üçün əlifbasına "əl gəzdirir"

08.07.2026 / 22:18
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

08.07.2026 / 22:07
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu

08.07.2026 / 21:50
Tramp Kiyevə Patriot istehsalı üçün lisenziya vəd etdi

08.07.2026 / 21:45
ABŞ-la imzalanmış sənəd rəqəmsal inkişafımızda xüsusi təsirli rol oynayacaq...

08.07.2026 / 21:21
Ərdoğan raketlərdən imtina etməsə, Tramp F-35-i verməyəcək...

08.07.2026 / 21:04
20 dünya nəhənginin Zirvəsinə dəvət edilmiş bir neçə ölkədən biri olduq...

08.07.2026 / 20:45
Beyləqanda 17 ana qoyun zəhərlənərək tələf olub - Dövlət qurumlarının operativ reaksiyası necə olmalıdır?

08.07.2026 / 20:31
Tramp Ankarada elə bir bəyanat verdi ki, 907- ni ləğv etməsə...

08.07.2026 / 20:16
NATO-nun Ankara Zirvəsinin yekun Bəyannaməsi açıqlandı - Rusiya "uzunmüddətli təhdid" elan edildi...

08.07.2026 / 20:03
Tramp Zelenskiyə "Patriot" verəcəyini və Putinlə danışacağını açıqladı

08.07.2026 / 19:41
Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi – ŞƏRH

08.07.2026 / 19:03
Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır - F35 olmasa...

08.07.2026 / 18:44
Tramp İrana yeni hücum dalğasının anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

08.07.2026 / 18:31
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi - 300-dən çox zərərçəkmiş... - VİDEO

08.07.2026 / 18:20
Zərbələrdən sonra Tramp İranı tənqid etdi: "Xəstə insanlardan nifrət edirəm"

08.07.2026 / 18:08
Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs xilas edildi - VİDEO

08.07.2026 / 17:51
Balakəndə bir nəfəri sel apardı...

08.07.2026 / 17:39
Moskva Paşinyanın qarşısında yeni şərtlər qoyur...

08.07.2026 / 16:45
"Nə Türkiyə əvvəlkidir, nə də NATO"

08.07.2026 / 16:35
Ermənistanda küçə döyüşləri başlayır - ölkədə siyasi gərginlik pik həddə...

08.07.2026 / 16:29
NATO böyük sınaq ərəfəsində - qurum ya dağılacaq, ya da...

08.07.2026 / 16:23
Rusiyada 45 yeni maddə - azərbaycanlılar da deportasiya olunacaq...

08.07.2026 / 16:08
Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA...

08.07.2026 / 15:51
ABŞ razılaşmanı pozdu - İran nefti ilə bağlı 60 gün gözləyə bilmədi...

08.07.2026 / 15:45
İranla danışıqlar məsələsi bitdi, onları xəstələr idarə edir - Tramp baltanı kökündən vurdu...

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ