çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Mənzil bazarlarımızda paradoksal vəziyyət yaranıb

Image


Ölkənin daşınmaz əmlak bazarında son vəziyyətin təhlili burada aktivliyin hələ də yüksək səviyyədə olmadığını göstərir. Amma məsələnin maraq doğuran tərəfi bu fonda xaricdə ev alan soydaşlarımızın sayının yenə artmaqda davam etməsidir. Bu barədə danışmazdan öncə qeyd edək ki, alıcılığın aşağı düşməsinə rəğmən, 2015-ci ilin üçüncü rübündə ölkəmizdə ilkin mənzil bazarında qiymətlər 0,1 faiz bahalaşıb.
Təkrar mənzil bazarında isə qiymətlər 1,4 faiz ucuzlaşıb. Nəzərə çatdıraq ki, cari ilin əvvəlindən yaşayış evlərinin tikintisinə 801,9 milyon manat sərf edilib. Bunun nəticəsində ümumi sahəsi 1327,4 min kvadrat metr olan yaşayış evləri tikilib. Amma bu, tələbdən xeyli azdır. Ekspertlərin fikrincə, son devalvasiya, neftin qiymətinin ucuzlaşması tikinti bazarına təsir edib.
Əmlak bazarı üzrə ekspert Ramil Osmanlı deyir ki, bu iki sahə bir-birilə bağlıdır. Mənzil bazarındakı dinamika, baş verənlər tikinti materialları bazarına da təsir edir":Daşınmaz əmlak bazarına qoyulan investisiyaların həcmi azalıb. Bu, tikinti sektoruna mənfi təsir göstərir. Belə vəziyyət təbii olaraq tikinti materialları bazarında tələbi xeyli dərəcədə aşağı salır". Ekspertlərin sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il tikinti mövsümü çox qısa və sönük keçir. Başqa sözlə, daşınmaz əmlak bazarında durğunluq müşahidə olunmaqdadır. Bazarda alıcıların sayı azaldığı üçün tələbdə azalmalar müşahidə edilir. Bu baxımdan daşınmaz əmlak bazarında qiymət azalmaları özünü göstərir. Növbəti aylarda da qiymətlərin azalacağını qeyd edən ekspertlər bildirir ki, bu, əsasən Rusiyada yaşayan azərbaycanlıların əvvəlki illərə nisbətən az mənzil almaları ilə bağlıdır. Rusiyada yaşayan həmyerlilərimizin iqtisadi vəziyyətinin nisbətən pisləşməsi tələbin azalmasına gətirib çıxarıb. Eyni zamanda digər səbəb vətəndaşların yığıma üstünlük verməsi ilə bağlıdır. Qlobal çətinlik, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da yığıma marağı artırır. Xüsusən, nisbətən bahalı istiqamətlərə vəsaitlərin yönəldilməsində azalmalar müşahidə edilməkdədir. Mənzil bazarı kommersiya xarakterli olmadığı üçün bazara kommersiya məqsədilə yanaşan alıcıların sayında da azalmalar var. Əvvəllər ev alıb müəyyən müddət sonra satanda gəlir əldə etmək mümkün idisə, artıq belə gəlir əldə etmək mümkün deyil. Ona görə də pulunu mənzil bazarında saxlamaq istəyənlərin də sayında azalmalar var. Çünki qiymət azalmalarının davam edəcəyindən ehtiyat edirlər.
Amma yuxarıda qeyd olunduğu kimi, ölkə daxilindən fərqli olaraq, xaricdə mənzil alan azərbaycanlıların sayı artır. Məsələn, cari ilin sentyabr ayında Türkiyədə əcnəbilərə ev satışına görə Azərbaycan vətəndaşları ilk onluqda qərarlaşıb. Türkiyə Statistika İdarəsinin verdiyi xəbərə görə, əcnəbilərə ev satışında Azərbaycan ölkələrin sıralamasında 56 evlə 9-cu yeri tutub. Statistikaya əsasən, yanvar-sentyabr ayları ərzində ev satışı üzrə isə Azərbaycan 568 evlə 7-ci yerdə olub. Əcnəbilərə ev satışında ilk yeri 561 ev satışı ilə İstanbul tutub. İstanbulu 440 evlə Antalya, 126 evlə Yalova, 112 evlə Bursa, 105 evlə Trabzon, 85 evlə Muğla əvəzləyib. Sentyabr ayında İstanbulda keçən ilin müvafiq ayına nisbətən ev satışı 3% artaraq 546-dan 561-ə yüksəlib. Bu ilin yanvar-sentyabr ayları ərzində isə Türkiyədə 16 min 192 ev xaricilərə satılıb. Onlar sırasında isə soydaşlarımızın xüsusi çəkisi artmaqda davam edir. Ekspertlər prosesin hələ müəyyən müddət davam edəcəyini proqnozlaşdırır. Ümumiyyətlə, son illər azərbaycanlılar tərəfindən Türkiyənin iri və kurort şəhərlərində mənzillərə və daşınmaz əmlaka marağın artması müşahidə edilir. Bu, Türkiyə parlamentinin Mülkiyyət Qanununa etdiyi dəyişiklikdən sonra özünü daha qabarıq göstərir. Məlum dəyişikliyə əsasən, xarici ölkə vətəndaşları yalnız şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Türkiyənin istənilən şəhərində daşınmaz əmlak sahibi ola bilər. Ekspertlər hesab edir ki, azərbaycanlıların Türkiyənin kurort şəhərlərində daşınmaz əmlaka marağının artmasının əsas səbəblərindən biri iqtisadi məsələlərlə bağlıdır. Çünki Türkiyədə mənzillərin qiymətində illik artımlar var. Türkiyədə bu il alınan mənzili bir neçə ildən sonra kifayət qədər yüksək məbləğə satmaqla gəlir əldə etmək mümkündür. Statistikaya nəzər saldıqda isə məlum olur ki, Türkiyədə, xüsusilə də İstanbulda mənzil alan vətəndaşlarımızın əksəriyyəti kommersiya və iqtisadi gəlir əldə etmək məqsədi güdür. Bununla yanaşı, mənzil alanlar arasında övladları Türkiyədə təhsil alan vətəndaşlar da az deyil.
Ölkəmizdə isə mənzil bazarının dirçəldilməsi üçün ipoteka kreditləşməsinin genişlənməsi vacib sayılır. "Mərkəzi Bank artıq müəyyən müddətdir ki, ipoteka krediti şərtlərinin sadələşdiriləcəyi ilə bağlı açıqlama verir. 2016-cı ilin dövlət büdcəsində isə ipoteka kreditləri, bu il olduğu kimi, 50 milyon manat nəzərdə tutulub. Verilən ipoteka məbləğinin maksimum həddinin 50 min manat olduğunu nəzərə alsaq, bu, 1000 ailəni əhatə edə bilir. Ekspertlər isə ölkədə ipoteka şərtləri və faizlərinin çox olduğunu deyir. İpoteka krediti üçün tələb olunan başlıca əngəl kimi ilkin ödəniş məbləği göstərilir. İpoteka krediti verən müxtəlif kommersiya bankları ilkin ödənişin məbləğini istədikləri kimi təyin edir. Tələb olunan sənədlərin çoxluğu da problem yaradır.
Qeyd edək ki, kommersiya şərtləri ilə ipoteka kreditləri yalnız Azərbaycan vətəndaşlarına və 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun da maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dir. Ekspertlər isə məbləğin artırılmasını və faizlərin aşağı salınmasını zəruri sayır.
Tahir TAĞIYEV





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ