çərşənbə axşamı günü, 27 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Neftin qiymət proqnozlarının təhlili dalana dirənib
Tarix: 19.09.2015 / 03:09
Bölmə: İqtisadiyyat
Dünya bazarlarında neftin dəyişən qiyməti qlobal iqtisadiyyat üçün hələ də problemlər yaratmaqda davam edir. Bu məhsulun qiymətinin müəyyən olunmasında siyasi amillər də ön plana çıxdığından, qarşıdakı müddət ərzində neftin qiymətinin necə dəyişəcəyi hələ dəqiq bəlli deyil. Neft hasil edən ölkə olduğundan, "qara qızıl"ın qiymətinin necə olacağı Azərbaycan üçün də xüsusi maraq doğurur.
Xatırladaq ki, dünyada cərəyan edən iqtisadi risqlərin ehtimal olunan nəticələri, xammal məhsullarının, əsasən də xam neftin satış qiymətinin 40-60 dollar səviyyəsinə düşəcəyi nəzərə alınaraq, ölkəmizdə 2016-2019-cu illər üçün dövlət və icmal büdcələrin əsas parametrləri və prioritet istiqamətləri üzrə 3 ssenari hazırlanıb. Birinci ssenari optimist (neftin bir barreli 60 ABŞ dolları olduqda), ikinci baza (neftin bir barreli 50 ABŞ dolları olduqda), üçüncü isə pessimistdir (neftin bir barreli 40 ABŞ dolları olduqda). Xatırladaq ki, gələn il üçün büdcədə neftin qiyməti 50 dollardan götürülüb. Bu fonda dövlət sektorunda xərclərin səmərəliliyinin daha da artırılması, sənayenin, regionların sosial-iqtisadi inkişafı, dövlətin borc və öhdəliklərinin yerinə yetirilməsi, əhalinin əsas ərzaq məhsulları ilə özünü təmin etməsi və digər dövlət tədbirləri üçün maliyyə imkanlarının yaradılması nəzərdə tutulur. İstənilən halda, proseslərin inkişafı neftin qiymətlərindən də asılı olacaq. Neftin qiymətləri ilə bağlı dəqiq proqnoz verilməsi isə müşkülə çevrilib. Məsələn, OPEK-in daxili hesabatında deyilir ki, neftin qiyməti tədricən artacaq. Hətta növbəti 5 ildə neftin qiyməti 80 dollara qədər yüksələcək. Qlobal neft tələbi üçün proqnozunu gündəlik 0,5 milyon barrel artıraraq 94,7 milyon barrelə qaldıran OPEK bildirir ki, neftə tələbat gündəlik 1 milyon barrel artacaq. Lakin dünyanın ən iri investisiya banklarından olan "Goldman Sachs"neft qiymətlərinin hələ gələn onilliyin sonuna qədər aşağı səviyyədə qalacağını bəyan edib. "Goldman Sachs"ın xammal bazarlarının tədqiqatı şöbəsinin rəhbəri Cef Karri bildirib ki, bank ilk öncə 2020-ci ilə qədər verdiyi daha optimist proqnozları təzələyib və 2030-cu ilə qədər neftin qiymətinin 50 dollar həddini keçməyəcəyini ehtimal edir: "Digər xammal növlərinin qiymət hərəkətlərinə baxaraq əminliklə deyə bilərik ki, neftin qiymətində də aşağı istiqamətdə hərəkət davam edəcək. 30 illik cari xammal tsiklində dünya şist neftinə investisiya mərhələsindən şist neftini daha aktiv və effektiv hasilat mərhələsinə qədəm qoyur. Bundan belə şist əsas hasilat mənbəyi olacaq. Əsas sual isə şist ehtiyatlarının hansı müddətə kifayət etməsi ilə bağlıdır. Tarix 10-15 illik dövrü göstərir". Bank rəsmisi qeyd edib ki, metal filizi, mis və poladın qiymətinin düşməsi və bir çox ölkənin milli valyutasının devalvasiyası neft hasilatının da maya dəyərini aşağı salıb. "Goldman Sachs" neftin qiymətinin 20 dollara düşməsi ehtimalının 50%-dən yüksək olduğunu hesab edir. Cef Karri bunun anbarların tam dolmasından sonra baş verəcəyini bildirib.
Ekspert Vüqar Bayramov isə bildirir ki, neftin ucuzlaşmasının həm siyasi, həm də iqtisadi səbəbləri var: "İqtisadi səbəb odur ki, Çində və avrozonada neftə tələb azaldı. Paralel olaraq təklif artdı. Xüsusilə Amerikada neft ixracatına tətbiq edilən qadağa ləğv edildi. Birləşmiş Ştatlar neft idxalını kəskin azaltdı. 2008-ci illə müqayisədə 2014-cü ildə ABŞ gündəlik neft idxalını 8 milyon barrel azaltdı. Əvəzində neft istehsalını artırdı. Mavi qazdan alınan neft də daxil olmaqla, Amerikanın gündəlik istehsalı 11 milyon barrelə çatıb. ABŞ faktiki olaraq dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib. Eyni zamanda idxalın strukturunu dəyişib. Bu gün Amerikanın aylıq istehlakı 600 milyon barreldir. Bunun 300 milyon barrelini kənardan alır, 300 milyon barrelini daxili istehsal hesabına ödəyir. Və idxalın strukturunda ölkələr elə qruplaşdırılıb ki, Amerika neftə görə heç bir dövlətdən asılı deyil. İdxalın strukturunu şaxələndirmək məqsədilə Amerika hətta Azərbaycandan da neft alır. Ən çox paya malik Kanada, daha sonra Səudiyyə Ərəbistanı və Meksikadır. Bu dövlətlərin Amerikanın ümumi idxalında payı 12 faizdən yüksək deyil". Amma qiymçt dəyişməsindən asılı olmayaraq, ekspert Azərbaycanın neftdən gəlir götürməkdə davam edəcəyini də bildirir: "Azərbaycanda SOCAR bir barrel nefti 15 dollara hasil edir, BP-də bu rəqəm iki dəfəyə yaxın ucuzdur. Səudiyyə Ərəbistanında isə bir barrel neftin hasilat dəyəri 4 dollardır. Bu o deməkdir ki, ərəb ölkələri nefti 4 dollara hasil edir, 50 dollara satır. Yəni bütün hallarda mənfəət əldə edir. Azərbaycan da eləcə. Ona görə mənfəət norması hələ də qalır. Mənfəət norması olduğundan, neftin qiymətinin daha da düşməsi istisna edilmir. Amma dərin yataqlarda neft hasilatının maya dəyəri çox bahadır. Məsələn, Rusiyada 30 dollara qədər yüksəlir. Neft 30 dollara düşərsə, bəzi yataqlarda hasilat dayandırılacaq. Söhbət, xüsusilə dərin su qatlarında neft hasilatının rentabelli olmayacağından gedir". Ölkəmizdə neft hasilatının hələlik sərfəli olması onun Azərbaycana qazanc gətirməkdə davam edəcəyini göstərir. Digər tərəfdən qeyri-neft sektorunun inkişafı da tarazlı iqtisadi artımı davam etdirməyə imkan verir. Lakin istənilən halda, neftin ucuzlaşması dünya iqtisadiyyatı üçün problem yaradır. Bu problem isə, digər ölkələr kimi, Azərbaycana da təsir edir.
Tahir TAĞIYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır -
hədəf kimdir?
27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı -
ələ keçirilən arsenalın taleyinə Livan qərar verir
27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" -
Fərid Şəfiyev
27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" -
Türkmənistanın mədəniyyət naziri
27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi
27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat
– üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...
27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...
27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb"
-ICESCO-nun Baş direktoru
27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"
- İƏT-in Baş katibi
27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?
27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır
27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"
27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı
27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"
27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"
- Prezident
27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"
27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi
- saxlanan var...
27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"
- Prezident
27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"
27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"
- Prezident
27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı
27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı
27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"
- Prezident İlham Əliyev
27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"
27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir
27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır"
- Prezident
27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"
27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir"
- Prezident
27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
- FOTO/VİDEO
27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində
- Netanyahu, ya Eisenkot...
27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…
27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti...
Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…
27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub
- YENİ DETALLAR ortaya çıxdı...
27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır
- Bu insanlara nə olub?
26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...
26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...
26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir
- Niyə?...
26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...
26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir
26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür
26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
- FOTO
26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...
26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır
26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi
- Əli Əsədov qərar imzaladı...
26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi...
İnanaq?
26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu
26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"
26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır"
- Prezidentin köməkçisi
26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"
26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir"
- Hikmət Hacıyev
26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"
26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir"
- Hikmət Hacıyev
26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"
26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb"
- Hikmət Hacıyev
26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB
- İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...
26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi
- son nöqtəni qoymağa hazırıq...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir"
- Ceyhun Bayramov
26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi
26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- FOTO
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi
- FOTO
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ