Onun sözlərinə görə, kənd təsərrüfatı sığortasının inkişafında ekspertlərin rolu mühümdür: "Bölgələrdəki mümkün riskləri nəzərə almaq vacibdir. Məsələn, təhlükəli və hidrometeoroloji hadisələrin hansı rayonda daha çox riskə malik olduğunu müəyyənləşdirmək lazımdır. Belə risklər və məhsuldarlığa dəyə biləcək zərər Azərbaycanın bütün bölgələrində müəyyən olunmalıdır. Bu işdə ekspertlərin rolu böyükdür, onlar əkin sahələrinin sığortalanmasından əvvəl ərazini nəzərdən keçirməli, sığorta hadisəsindən sonra isə zərərin dəyərini hesablamalıdırlar”.
N.Xəlilovun fikrincə, aqrar sığorta ilə bağlı qanun yaxın iki ay ərzində qəbul oluna bilər: "Qanunun qəbulunda ləngimə yoxdur. Hüquqi aktların qəbulu prosedurlarına uyğun olaraq, qanun layihəsinə əvvəlcə müvafiq dövlət qurumları tərəfindən baxılmalı, daha sonra parlamentə göndərilməlidir”.