27/05/2020 14:15
728 x 90

Kənd sektorunda subsidiyalaşdırmanın yeni qaydaları – Prezident fərmanı fermerləri nə qədər xərcdən azad edəcək…

Nicat Nəsirli: “Yeni qaydalara əsasən, indi müvəkkil bank seçiləcək və hər kəs həmin bank vasitəsilə kartdan vəsaiti çıxaracaq”

img

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edib.

Dövlət başçısının bununla bağlı imzaladığı fərmana əsasən, edilmiş əlavəyə görə, kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na edilən dəyişiklik barədə fikir bildirən aqrar sahə üzrə mütəxəssis Nicat Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2007-ci ildən Azərbaycanda subsidiya proqramının tətbiqinə başlanıb. Onun fikrincə, ötən illər ərzində subsidiyalaşdırma sistemi kənd təsərrüfatının stimullaşdırılmasına təsir göstərib. Lakin bu müddətdə aqrar sahədə arzulanan keyfiyyət göstəricilərinin yüksəldilməsinə nail ola bilməmişik.

Ekspertin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi "Subsidiya” informasiya sisteminin yaradılmasından sonra yeni qaydalarla subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsi qüvvəyə minib. Subsidiya almaq üçün aqrar istehsalçılar mütləq "Subsidiya” informasiya sistemində (SİS) qeydiyyatdan keçməlidirlər. Bunu etməyənlərə subsidiya verilməyəcək. Fermerlər əkinə görə aldıqları subsidiyanın hamısını kartdan çıxara biləcəklər. İndiyə qədər fermerlərə kartın hansı bank vasitəsilə veriləcəyi bəlli deyildi. Elə bank var ki, onun bəzi kənd yerlərində filialı yoxdur. Yeni qaydalara əsasən, indi müvəkkil bank seçiləcək və hər kəs həmin bank vasitəsilə kartdan vəsaiti çıxaracaq. Beləliklə, fermerlər vəsaiti rahat şəkildə əldə edə biləcəklər”.

Günel CƏLİLOVA

Son xəbərlər