çərşənbə axşamı günü, 18 avqust 2026
     

Azərbaycanın tranzit imkanlarına dünya miqyasında tələb sürətlə artır... Hətta pandemiya dövründə də...

Image


Dünya iqtisadiyyatına koronavirusun vurduğu böyük zərər fonunda əksər ölkələrdə iqtisadi müstəvidə ciddi azalma qeydə alınır. Bura hətta dünyanın ən böyük iqtisadiyyatları da aid edilir. Onlarla müqayisədə Azərbaycanda iqtisadi vəziyyətin daha sabit və hələ də artan xətt üzrə inkişafı müşahidə olunur. Elə bunun nəticəsidir ki, cari ilin ilk rübündə Azərbaycan iqtisadiyyatı 0.2 faiz artıb. Dünya iqtisadiyyatında geriləmənin olması fonunda Azərbaycanda bu göstərici müsbət faktor sayılır.

Digər tərəfdən hesablamalar göstərir ki, bu ilin yanvar-aprel aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 22 milyard 400,5 milyon manat təşkil edib. İqtisadiyyatın qeyri-neft-qaz sektorunda ÜDM istehsalının dəyəri isə 14 milyard 529,7 milyon manat təşkil edib. Bu hal iqtisadiyyatın artıq əsas etibarı ilə qeyri-neft sektoru üzrə inkişaf etməsinin daha bir real təsdiqidir. Bundan başqa, büdcə icrası ilə də bağlı Azərbaycan yenə üstün mövqedədir. Belə ki, pandemiyanın tüğyan etdiyi yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 9 milyard 574,2 milyon manat, xərcləri isə 7 milyard 267,7 milyon manat təşkil edib. Büdcənin icrasında 2 milyard 306,5 milyon manatlıq profisit yaranıb. Məhz bu məbləğ ölkəyə yeni manevr imkanları da qazandırır.  Digər tərəfdən proseslər göstərir ki, elə qeyri-neft sektoru hesabına da iqtisadiyyatın artımı davam edəcək.

Hazırda bu istiqamətdə Azərbaycanın əsas uğurlarından biri də tranzit yükdaşımalar, xüsusən də Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti istiqamətində özünü göstərir. Bu dəmir yolu indi Azərbaycan üzərindən daha böyük həcmdə yükdaşımaya rəvac verməkdə, onun gəlirlərini artırmaqdadır. Qeyd edilən səpkidə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun açıqlamaları da xüsusi diqqət cəlb edir. Onun sözlərinə görə, yeni növ koronavirus infeksiyasının yaratdığı məlum problemlər Bakı-Tiflis-Qars dəmir yolu xətii ilə daşımaların həcminin artmasına səbəb olub. O bildirib ki, xarici ticarətdə BTQ-nin imkanlarına ciddi tələbat yaranıb:“Bu xətt daşımaların vaxtında və təhlükəsiz həyata keçirilməsi üçün cəlbedici polad magistraldır. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tutumunu artırmaq üçün işləri sürətlə tamamladıq. Türkiyə-Gürcüstan sərhədinin Türkiyə tərəfindəki “Canbaz” Stansiyasında BTQ-yə gündəlik əlavə 3500 ton tutum artımı təmin edəcək konteyner köçürmə sistemini quraraq işə saldıq”.

Yeni quraşdırılan terminalın yükdaşımada intensivliyin artmasını təmin etdiyini diqqətə çatdıran nazir deyib ki, bunun sayəsində Qazaxıstan və Azərbaycandan 15 vaqona yüklənmiş 27 konteynerdə 1200 ton mədən, əkinçilik məhsulları və xam maddələr Mersin, Dərincə və Dənizli istiqamətində yola salınıb. Bu xətlə Avropaya tranzit məhsulların da vaxtında daşınması təmin edilir. Onun sözlərinə görə, pandemiya dövründə təhlükəsizliyin yüksək olması səbəbilə dəmiryol nəqliyyatı vasitəsilə yüklərin nəql edilməsinə tələbat artıb:“Xüsusilə Orta Asiya ilə xarici ticarət əlaqələrində BTQ-yə tələbdə artım müşahidə olunur. Bakı-Tiflis-Qarsa artan tələbi qarşılamaq üçün prezident Rəcəb Tayyib Ərdoğan gündəlik əlavə olaraq 3 500 ton yükün daşına bilməsi üçün göstəriş verib. Prezidentin bu göstərişini bu çətin dövrdə sürətlə yekunlaşdırdıq. "Canbaz" stansiyasındakı konteyner ötürmə sistemini işə saldıq”. Nazir qeyd edib ki, bu xətt vasitəsilə bu günə qədər 5 250 konteynerdə 240 min ton ixrac malı, 5 300 konteynerdə isə 280 min ton idxal malı və ya Avropaya tranzit yük daşınıb:"Bu da BTQ-nin nə qədər əhəmiyyətli bir investisiya layihəsi olduğunu göstərir".

Araşdırmalar da göstərir ki, koronavirus pandemiyası bütün dünyada iqtisadiyyatın əksər sahələrinə, o cümlədən nəqliyyat sektoruna mənfi təsir göstərsə də, bunu dəmir yolu ilə yük daşımalarına aid etmək olmaz. Bu baxımdan Azərbaycan da istisna deyil. Çünki dəmir yolu ilə yükdaşımalarda təmassız keçidi təmin etmək mümkündür. Yəni dəmir yolu xətti pandemiyanın mövcud olduğu şəraitdə ən təhlükəsiz yükdaşıma modelidir. Bu isə bir sıra ölkələrin dəmir yolu ilə yükdaşımalara marağını artırdı. Azərbaycanın siyasi və iqtisadi dəstəyi ilə işə düşmüş Bakı-Tiflis-Qars dəmir yolu xəttində də yükdaşımaların bundan sonra da artan xətt üzrə inkişaf edərək ölkəyə daha çox gəlir gətirməsi gözlənilir. Təsadüfi deyil ki, son 1 ildə dəmir yolu ilə hərəkət etmiş vaqonların sayı 611-dən 1.572-yə, yüklərin həcmi isə 40 min tondan 70 min tona çatıb. Bununla bağlı millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov da bildirir ki, BTQ pandemiya dövründə də strateji əhəmiyyətini qoruyub saxlaya bilib: "Yükdaşımaların həcminin artması region ölkələrinin dəmir yolu xəttinə marağının artmasından xəbər verir. Odur ki, pandemiya dövründə də müsbət dinamika qorunub saxlanılıb. BTQ Azərbaycanın dövlət gəlirlərinin, valyuta ehtiyalatının formalaşmasında mühüm rol oynayır və xüsusi əhəmiyyətə malikdir". Onun fikrincə, BTQ ilə yükdaşımalarda müsbət dinamika 2020-ci ilin növbəti aylarında da davam edəcək:"Çünki bu dəmir yolu xətti artıq öz əhəmiyyətini sübut edib, odur ki, Azərbaycan üzərindən daşınan yüklərin həcmində növbəti aylarda da artım müşahidə ediləcək və gəlirlərimiz artacaq". Bir daha xatırladaq ki, BTQ Asiya və Avropanın dəmiryol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ