Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycanın tibbi istehsal sənayesi pandemiya şəraitində hansı dəyişikliklər yolu keçdi…

Image


Pandemiya dövründə ölkəmizdə tibbi istehsal sənayesinin yenidən qurulması və inkişaf etdirilməsi zərurəti meydana çıxdı. Bu gün Azərbaycanda bir sıra tibbi istehsal müəssisələri qurulub və onlar müxtəlif tibbi ləvazimatlar istehsal etməyə başlayıblar. Məlum olduğu kimi, Azərbaycan əsasən tibbi vasitələri müxtəlif xarici dövlətlərdən alır.

Hazırkı dövrdə ölkəmizdə tibbi istehsal sənayesinin formalaşdırılması nəticəsində artıq bəzi  aidiyyəti məhsullar ölkəmizdə istehsal edilməyə başlayıb.

Ölkəmizdə tibbi istehsal sənayesinin inkişafı, son iki ayda bu istiqamətdə görülən əsaslı işlər barədə Prezidenti İlham Əliyev mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirakı zamanı çıxışında geniş bəhs edib. Prezident bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafı daha aktual mövzuya çevrilib. “Bildiyiniz kimi, bu sahə Azərbaycanda az inkişaf edib, bir çox hallarda biz idxaldan asılı idik və bu gün də bu davam edir. Ancaq koronavirus pandemiyası hər bir ölkə üçün gözlənilməz bir bəla oldu və bütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər etməyə çalışmış və pandemiyaya qarşı mübarizə üçün lazım olan tədbirləri görməyə başlamışdır, o cümlədən, Azərbaycan. Deyə bilərəm ki, Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq və yoluxanların sayı kifayət qədər azdır. Əlbəttə ki, indiki şəraitdə karantin rejiminin təmin edilməsi, gözlənilməsi pandemiyaya qarşı mübarizə işində əsas məqsədlərdən biridir. Hesab edirəm, bu müddət ərzində hər bir ölkə gördü ki, çətin vəziyyətdə, çətin şəraitdə bəzi ölkələr özlərinə qapanır, bəzi ölkələr ancaq öz daxili bazarlarını təmin etmək üçün çalışır. Əlbəttə, müəyyən çətinliklər də yarandı, xüsusilə tibbi ləvazimatların, tibbi avadanlıqların alınması və ölkəmizə gətirilməsi üçün. Bir daha gördük ki, tibbi sənayenin inkişafı böyük əhəmiyyət daşıyır. Son müddət ərzində bu istiqamətdə müəyyən addımlar atılmışdır, Pirallahı adasında iki müəssisə fəaliyyətə başlamışdır, biri dərman preparatları müəssisəsi, digəri isə tibbi şprislərin istehsalı.

Tibbi maska istehsalı Azərbaycanda, ümumiyyətlə, yox idi, nəzərdə də tutulmurdu. Çox sevindirici haldır ki, özəl sektor böyük sosial təşəbbüs göstərərək, dövlətin çağırışına cavab verərək, qısa müddət ərzində bizim üçün lazım olan – həm həkimlər, həm də adi vətəndaşlar üçün lazım olan bu vasitələri istehsal etməyə başlamışdır. Bu gün bu müəssisədə fəaliyyətə başlamış tibbi maska fabriki ölkəmizdə ikinci istehsalat sahəsidir. Birinci müəssisə də Sumqayıt şəhərində yerləşir, Sumqayıt Kimya Sənaye Parkının ərazisində. Əlbəttə ki, əgər bizim inkişaf etmiş müasir sənaye potensialımız olmasaydı, bu istehsalat sahələrini yaratmaq mümkün olmazdı. Məhz sənayeləşmə siyasəti nəticəsində və xüsusilə Sumqayıt şəhərində yeni müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində qısa müddət ərzində fabriklər öz profilini dəyişdirərək, artıq tibbi maskaları və qoruyucu kombinezonları istehsal etməyə başlamışdır. Mən 7 il bundan əvvəl bu müəssisənin açılışında olmuşam və şadam ki, bu müddət ərzində bu müəssisə uğurla fəaliyyət göstərib. Bu müəssisənin məhsulları həm daxili bazarda tanınır və eyni zamanda, ixrac potensialı da mövcuddur. Bu onu göstərir ki, müəssisədə istehsal olunan mallar yüksək keyfiyyətə malikdir. Bu gün mənə verilən məlumata görə, kombinezon istehsalı gündə 6 min ədədə çatdırılacaq və həkimlərimizin qorunması üçün bunun xüsusi əhəmiyyəti var. Biz bu günə qədər qoruyucu kombinezonları xaricdən alırıq. Problem onda deyil ki, biz buna vəsait ayırırıq, valyuta xərcləyirik, məsələ ondadır ki, koronavirus pandemiyası dövründə lazım olan vasitələrin alınması problemə çevrilir. Hətta pul olan zamanda bu vasitələrin, avadanlığın gətirilməsi böyük problemdir və biz bu problemlə üzləşmişik. Buna baxmayaraq, biz bütün imkanları səfərbər edib ölkəmiz üçün lazım olan vasitələri gətizdiririk.

Ona görə hesab edirəm ki, bu gün çox əlamətdar gündür. Çünki həm birinci, həm də bu gün burada fəaliyyətə başlayan ikinci tibbi maska istehsalı müəssisəsi bizim daxili tələbatımızı tam ödəməlidir və qoruyucu kombinezonlar da həmçinin. Sənaye potensialının inkişafı, əlbəttə, imkan verdi ki, biz buna nail olaq” - deyə ölkə başçısı qeyd edib.

Azərbaycanda tibbi sənayenin koronavirus dövründə inkişaf etdirilməsi, əlbəttə, müsbət bir göstəricidir. Son iki ayda bu istiqamətdə görülən işləri şərh edən mütəxəssislər hesab edirlər ki, Azərbaycan bu sahədə də öz sözünü deməyi bacaran bir ölkə kimi özünü təsdiqləyib.

  • Musa Quliyev: “…görülən işlər də göstərdi ki, Azərbaycanın bu sahəni inkişaf etdirməyə həm elmi-texniki, həm də iqtisadi-mədəni potensialı var”

Millət vəkili, tibb üzrə mütəxəssis Musa Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda tibbi sənaye Sovet vaxtından o qədər güclü olmayıb, indi də güclü deyil. “Bu xüsusən kiçik dövlətlər üçün xarakterik deyil. Bunlar xüsusi təyinatı olan cihazlardır və özü də çox bahalıdırlar. Bu cihazları istehsal etmək o ölkələrə sərf edir ki, onun böyük bazarı olsun, satsın və öz daxilində də özü ondan istifadə edə bilsin. Azərbaycan üçün elə cihazların alınması iqtisadi cəhətdən daha ucuz başa gəlir. Azərbaycanda tibbi istehsal sənayesi o qədər də geniş yayılmayıb, o cümlədən, reabilitasiya və müalicə-diaqnostik vasitələri və s. Biz bunların hamısını xaricdən alırıq. İndi isə artıq ölkəmizdə tibbi istehsal sənayesinin formalaşdırılmasına başlanıb. Gördüyünüz kimi, pandemiya şəraitində qısa müddət ərzində biz həm maska istehsalını, həm dezinfeksiyaedici vasitələr istehsalını həyata keçirdik. Mayın 12-də də cənab Prezidentin Sumqayıtda açılışını etdiyi “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində tibbi qoruyucu vasitələrin geniş çeşiddə istehsal edildiyini gördük. Burada həm maskalar, həm də tibb işçiləri üçün qoruyucu xalatlar və digər qoruyucu vasitələr istehsal edilir. Bu da göstərdi ki, Azərbaycanın həm iqtisadi potensialı, həm kadr potensialı, həm də mədəni-texniki potensialı bizə ölkəmizdə tibbi istehsal sənayesini inkişaf etdirmək imkanı verir”. 

M.Quliyev hesab edir ki, Azərbaycanda pandemiya dövründə tibbi istehsal sənayesinin inkişafı nəticəsində yaradılan müxtəlif müəssisələrdə istehsal edilən məhsulların xarici bazarını tapmalıyıq.  “İki il əvvəl də Azərbaycanda şpris istehsalı zavodu işə düşüb və burada kifayət qədər keyfiyyətli şprislər istehsal edilir. Azərbaycan, demək olar ki, ehtiyatlarının 50 faizdən çoxunu bu vasitə ilə ödəyir. Bundan başqa, dərman istehsalı da Azərbaycanda yavaş-yavaş qurulmaq üzrədir və artıq genişlənir. Daxili istehsalda hesablasaq, bunlar heç biri iqtisadi cəhətdən əlverişli olmayacaq. Biz gələcəkdə bu məhsulların bazarını da tapmağa çalışmalıyıq. Bu sahəni də inkişaf etdirmək mümkündür. Pandemiya dövründə bu istiqamətdə görülən işlər də göstərdi ki, Azərbaycanın bu sahəni inkişaf etdirməyə həm elmi-texniki, həm də iqtisadi-mədəni  potensialı var” - deyə millət vəkili qeyd etdi. 

  • Ruslan Atakişiyev: “Koronavirus pandemiyası dövründə Azərbaycanda tibbi istehsal sənayesi daha çox inkişaf etməyə başladı”

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, tanınmış iqtisadçı Ruslan Atakişiyev bizimlə söhbətində pandemiya dövründə Azərbaycanda tibbi istehsal sənayesinin bu şəkildə genişlənməsini müsbət qiymətləndirdiyini bildirdi. R.Atakişiyevin sözlərinə görə, son dövrlərə qədər ölkəmizdə bəzi dərmanların və tibbi ləvazimatların istehsalı həyata keçirilib: “Koronavirus pandemiyası dövründə Azərbaycanda tibbi istehsal sənayesi daha çox inkişaf etməyə başladı. Hətta tibbi ləvazimatların istehsalı sahəsində regionlarda da müəssisələr fəaliyyət göstərir. O cümələdən də tibbi maskaların, tibb işçiləri üçün qoruyucu kombinezonların istehsalı artıq həyata keçirilir. Bunların da bir hissəsi ölkə daxilində ehtiyacların ödənilməsi üçün nəzərdə tutulub. Həmçinin də gələcəkdə ixrac məsələsi də aktualdır. Hesab edirəm ki, pandemiya şəraitində tibbi istehsal sənayesinin inkişaf etdirilməsi bu sahənin ölkəmizdə formalaşması baxımından çox böyük əhəmiyyət kəsb edir. Həmin müəssisələr də, təbii ki, ölkəmizdə yeni iş yerlərinin açılmasına gətirib çıxarır. O cümlədən də onların satışından əldə olunan gəlirlər də vergi şəklində dövlət büdcəsinə ödənilir ki, bu da iqtisadiyyata öz töhfəsini verəcək”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 12:34
Tramp Vaşinqtonun İranda kimlərlə danışıq apardığını bilmir…

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTO

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ