24/07/2019 01:09
728 x 90

Azərbaycan yığması II Avropa Oyunlarını 28 medalla 10-cu yerdə başa vurdu

img

Azərbaycan yığması bazar günü Belarusun paytaxtı Minskdə başa çatan II Avropa Oyunlarında 28 medal qazanıb. Azərbaycan yığmasının aktivində 5 qızıl, 10 gümüş və 13 bürünc medal var. Yarışların son günü azərbaycanlı idmançılar 3 gümüş və bir bürünc medal qazanıblar.

Azərbaycan komandası tərkibində II Avropa Oyunlarında sərbəst güləşçilər Hacı Əliyev və Mahir Əmiraslanov və Mariya Stadnik, boksçu Alfonso Dominges və karateçi Asiman Qurbanlı çempion olublar.

Azərbaycan komandası Akrobat duet Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 2 gümüş və 1 bürünc medal qazanıblar.

Rusiya yığması 109 medalla (44 qızıl, 23 gümüş və 42 bürünc) II Avropa Oyunlarının tam qalibi olub. Komanda hesabında ikinci yeri ev sahibləri – 69 medalla (24,16,29) Belarus yığması tutub. Üçüncü yerdə isı 51 medalla (16,17,18) Ukrayna qərarlaşıb.

Həmçinin İtaliya, Niderland, Almaniya, Gürcüstan, Fransa və Böyük Britaniya yığmaları ilk onluqdadır.

II Avropa Oyunları iyunun 21-dən 30-dək Minsk şəhərində keçirilib. Oyunlarda 3,6 minə yaxın idmançı iştirak edib.

Son xəbərlər