Azərbaycan II Avropa Oyunlarında növbəti qızıl medalını qazandı

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarında qızıl medal qazanıb.
Baki-xeber.com xəbər verir ki, H.Əliyev “Minsk 2019”da bununla ölkəmizin aktivinə ikinci qızıl medalı yazdırıb.
65 kiloqram çəki dərəcəsində çıxış edən 28 yaşlı pəhləvan finalda Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvilini məğlubiyyətə uğradıb. Pəhləvanımız, Olimpiya Oyunlarının qızıl və gümüş medalçısı, üçqat Avropa çempionu olan gürcü rəqibini 10:2 hesabı ilə məğlub edərək Azərbaycanın aktivinə ikinci qızıl medalı yazdırıb.
Qeyd edək ki, daha öncə 57 kq çəkidə yer alan sərbəst güləşçi Mahir Əmiraslanov qızıl medal əldə edib. Azərbaycan yığmasının aktivində 2 qızıl, 4 gümüş və 9 bürünc medal var.