17/07/2019 11:18
728 x 90

UEFA-nın keçmiş sədri Platini 2022-ci il DÇ-nin Qətərə verilməsinə görə həbs edildi

img

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) keçmiş sədri, tanınmış futbolçu Mişel Platini polis nəzarəti altına alınıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Platini 2022-ci il dünya çempionatının Qətərdə keçirilməsilə bağlı başladılan istintaq çərçivəsində fransız polisi tərəfindən saxlanıb.

Fransalı futbol mütəxəssisinin dünya çempionatının keçiriləcəyi yerlə bağlı seçimlərdə korrupsiyaya yol verməkdə ittiham edilir. Platininin dünya çempionatının Qətərə verilməsindən əvvəl bununla bağlı gizli görüşlər keçirdiyi bildirilir. O, keçmiş FİFA rəsmisi Məhəmməd bin Hammamla Yelisey Sarayında səhər saatlarında keçirdiyi görüşdən bir neçə saaat sonra, o vaxtkı Fransa Prezidenti Sarkozi, Qətər əmirinin oğlu və Qətər baş naziri ilə bir araya gəlib. Əsas müzakirə mövzusu isə 2022-ci il Dünya çempionatı olub.

Qeyd edək ki, 2022-ci ildə Dünya çempionatının Qətərda keçirilməsi qərarı 2010-cu ildə verilib. Bundan sonra çempionatın Qətərə verilməsi ilə bağlı qalmaqal yaşanıb. Rəsmi Dohanın çempionatın keçirilməsi qərarı üçün FİFA rəsmilərinə rüşvət verdiyi iddia olunurdu. Lakin FİFA-ya qarşı aparılan araşdırma heç bir korrupsiya faktını ortaya çıxarmamışdı.

Son xəbərlər