İstanbul Respublika Baş Prokurorluğu mərc oyunları ilə bağlı aparılan istintaqı davam etdirir. Hakim Zorbay Küçük və futbol şərhçisi Ahmet Çakarın həyat yoldaşı da saxlanılıb.
Tutulanlar arasında “Adana Dəmirspor” klubunun keçmiş prezidenti Murat Sancak, ”Nazilli Bələdiyyəspor”un rəhbəri Şahin Kaya və iki məşqçi, “Ankaraspor”un sahibi Ahmet Okan, prezidenti Mehmet Emin Katipoğlu da var.
Mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində daha əvvəl keçmiş hakim Ahmet Çakarın özü, “Fənərbağça”nın yarımmüdafiəçisi Mərt Hakan Yandaş və “Qalatasaray”ın futbolçusu Metehan Baltacı da saxlanılıb.
ZÜMRÜD