Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün liqa mərhələsində növbəti oyununu keçirəcək. Ağdam klubu V turda İtaliyada “Napoli”nin qonağı olacaq. “Dieqo Armando Maradona” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. Qeyd edək ki, ilk 4 turdan sonra 7 xalı olan “Qarabağ” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Napoli” isə 4 xalla 24-cü sırada yer alıb.
Mətləb