"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yeni uğura imza atıb. UEFA-nın rəsmi saytında yayılan məlumatda qeyd olunur ki, ispaniyalı mütəxəssis tarixdə 3 klubla UEFA Superkubokunu qazanan ilk məşqçi olub. Ötən gecə onun komandası UEFA Superkuboku uğrunda görüşdə "Sevilya"ya qalib gəlib (1:1, penaltilər seriyası - 5:4).
Əvvəllər Qvardiola 2009-cu və 2011-ci ildə "Barselona" ilə, 2013-cü ildə isə "Bavariya" ilə bu kuboku qazanıb.
Mətləb