Braziliya millisinin hücumçusu Neymar “Əl-Hilal”a keçidini şərh edib. Braziliyalı forvard yeni klubunun rəsmi saytına açıqlamasında bildirib ki, o koryerasında yeni səhifə açmaq istəyir: "Mən yeni bir hekayə yazmaq istəyirəm. Səudiyyə liqasında heyrətamiz enerji və bacarıqlı oyunçular var. Liqa hazırda sürətlə böyüyür və tələbat var. "Əl Hilal" böyük azarkeşləri olan nəhəng klubdur, Asiyanın ən yaxşısıdır. Bu, mənə belə hiss edir, doğru zamanda düzgün qərar verdiyimi və düzgün kluba keçdiyimi düşünürəm."
Mətləb