"Sabah"ın baş məşqçisi Murad Musayevlə bağlı yeni məlumat yayılıb. Bu barədə championat.com saytı məlumat yayıb. Xəbərdə deyilir ki, Rusiya Premyer Liqası təmsilçisi "Axmat" klubu M.Musayevə təklif göndərib. Lakin rusiyalı mütəxəssis sözügedən təklifi qəbul etməyib.
M.Musayev "RB Sport" nəşrinə açıqlamasında "Axmat"ın təklifi ilə bağlı sualı belə cavablandırıb: “Biz Konfrans Liqasında “Partizan”la oyun üçün Belqrada uçacağıq. Bütün fikirlərim yalnız “Sabah” və qarşıdakı oyunlar haqqındadır”.
Mətləb