PSJ-nin futbolçusu Abdu Diallo Qətər klubuna transfer olub. Bu barədə klubun saytı məlumat yayıb. 27 yaşlı müdafiəçi karyerasını "Əl Ərəbi"də (Qətər) davam etdirəcək. Onunla 4 illik müqavilə imzalanıb.
Seneqal millisinin üzvü yeni komandasında 22 nömrəli formanı geyinəcək. Qeyd edək ki, Abdu 2019-cu ildən PSJ-nin oyunçusu idi. O, komandada 75 matçda iştirak edərək 7 kubok qazanıb. Diallo son mövsümü icarə əsasında “Leyptsiq”də keçirib.