İspaniyanın Melilya şəhərində keçirilən 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsində Azərbaycan millisinin və “Neftçi” klubunun oyun təqvimi açıqlanıb.
Azərbaycan Basketbol Federasiyasının məlumatında deyilir ki, yığmamız C qrupunda İspaniya seçməsi və “Yuanda” (Çin) klubu ilə, “Neftçi” isə B qrupunda “Düsseldorf Zoos” (Almaniya) komandası və Portuqaliya millisi ilə qarşılaşacaq. Millimiz ilk matçını avqustun 18-də, Bakı vaxtı ilə saat 20:20-də İspaniyaya, “Neftçi” isə həmin gün, Bakı vaxtı ilə saat 19:55-də Portuqaliyaya qarşı keçirəcək.
Qeyd edək ki, avqustun 18-19-da keçiriləcək qrup mərhələsində ilk iki yeri tutacaq komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.