"Partizan"ın futbolçusu Nemanya Nikoliç informer.rs-a açıqlamasında futbol üzrə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"a qarşı evdə keçirəcəkləri cavab oyunu barədə danışıb: "Sabah"ın bizə 2:0 hesabı ilə balib gəlməsi onun göstəricisidir ki, hətta bizdən aşağı yer tutan komandalar da bizi asanlıqla cəzalandıra bilər.
Onlar cəmi 6 ildir fəaliyyət göstərmələrinə baxmayaraq, böyük komandadırlar. Baş məşqçiləri Murad Musayev “Krasnodar”la Çempionlar Liqasının qrup mərhələsinə düşməyi bacarmışdı. Onlar nə istədiklərini və məqsədlərinə necə çatacaqlarını dəqiq bilirlər. Belə klublara hörmət etməliyik. "Sabah" təsadüfən burada deyil.
Digər tərəfdən, inanıram ki, biz daha çox keyfiyyətə malikik və səmimi qəlbdən ümid edirəm ki, azarkeşlərimizin dəstəyi ilə qalib gələcəyik. Azarkeşlərə müraciət etməkdən başqa çarəm yoxdur. Çünki yalnız onların köməyi ilə nəsə edə bilərik".
Mətləb Salahov