Futbol üzrə Türkiyə Super Liqasının ilk turunda “Fənərbağça” “Qaziantep”i qəbul edib. Qarşılaşmanın 23-cü dəqiqəsində qonaqların rumıniyalı yarımmüdafiəçisi Aleksandru Maksim qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. "Sarı lacivərtlilər" bosniyalı hücumçu Edin Cekonun 3 və 18-ci dəqiqələrdə vurduğu qollar sayəsində qələbə qazanıblar.
Birinci hissənin əlavə edilmiş dəqiqələrində “qırmızı-qaralar” hesabdakı fərqi minimuma endirsələr də, bundan artığına gücləri çatmayıb. Qarşılaşma “Fənərbağça”nın 2:1 hesabı ilə başa çatıb.
Mətləb