Bakının "Neftçi" futbol klubu Rusiyanın "Zenit" klubu ilə növbəti dəfə üz-üzə gələ bilər. Bu barədə "Sport-Ekspress" məlumat yayıb.
Komandaların sentyabrda millilərin oyunlarına görə yaranacaq fasilə zamanı Sankt-Peterburqda üz-üzə gəlmək ehtimalının olduğunu bildirilib. Oyunun sentyabrın 7-8-də keçirilməsi planlaşdırılır. “Neftçi” hələ iyulda Rusiyada keçirilən “Kubok Pari Premyer” turnirində “Zenit”lə qarşılaşmışdı. Oyunda Sankt-Peterburq klubu 3:1 hesablı qələbə qazanmışdı.
Mətləb