PSJ artıq komandada arzuolunmaz şəxsə çevrilən Neymarın komandadan gedişi üzərində işləyir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər ayrılmaq üçün ən yaxşı həll yolunu axtarırlar.
31 yaşlı hücumçu ilə "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) və MLS-də mübarizə aparan bir neçə klubdan təkliflər var. "Barselona" isə hələ keçmiş oyunçusunu transfer edib-etməyəcəyinə qərar verməyib. Neymar özü Kataloniya klubuna qayıtmaq niyyətindədir. Lakin "Barselona"nın baş məşqçisi Xavi bunu doğru hesab etmir.
Mətləb