Türkiyənin "Beşiktaş" klubunun cəzalı futbolçusu Artur Masuaku UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"yə qarşı cavab oyununda iştirak edə biləcək. İstanbul klubunun rəsmi saytında yer alan xəbərdə deyilir ki, Avropa futbol qurumu konqolu müdafiəçi ilə bağlı qərarını dəyişib.
Albaniyada "Tirana" ilə II raundun cavab matçında qırmızı vərəqə gördüyü üçün 2 oyunluq diskvalifikasiya olunan 30 yaşlı futbolçunun cəzası azaldılıb. O, yalnız Bakıdakı ilk qarşılaşmanı buraxmalı olacaq.
Mətləb