Daha bir qocaman futbolçu Səudiyyə Ərəbistanına yola düşür. Söhbə "Barselona" əfsanəsi Andres İnyestadan gedir. Belə ki, futbol üzrə İspaniya millisinin sabiq üzvü Andres İnyesta yeni klubu ilə bağlı qərar verib. “Sport”un yazdığına görə, 39 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” klubu ilə müqavilə imzalayacaq. İnyestanın son klubu Yaponiya "Vissel Kobe"i olub. O, 2018-ci ildən sözügedən klubda oynayırdı.
Mətləb