PSJ daha bir futbolçunu heyətinə qatıb. Fransa klubunun rəsmi saytında yer alan məlumatda deyilir ki, Paris təmsilçisi futbol üzrə Portuqaliya millisi və "Benfika"nın hücumçusu Qonsalu Ramuşu icarəyə götürüb. 22 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
İddiaya görə, PSJ gələn ilin yayında gənc oyunçunu 80 milyon avro qarşılığında birdəfəlik transfer edə bilər.
Mətləb Salahov