"Napoli" klubu heyətini yeni futbolçu ilə gücləndirib. İtaliya klubunun rəsmi saytında yer alan xəbərdə deyilir ki, İtaliya təmsilçisi "Red Bul Braqantino"nun müdafiəçisi Natanı transfer edib. 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalayıb. onun yeni klubda maaşı ildə 1,1 milyon avro olacaq.
Qeyd edək ki, "Napoli" gənc futbolçu üçün Braziliya təmsilçisinə təxminən 10 milyon avro təzminat ödəyəcək.
Mətləb