İngiltərənin “Çelsi” klubu yeni transferini reallaşdırıb. "Zadəganlar" 20 milyon avroya qapıçı transfer ediblər. London təmsilçisinin rəsmi saytında yer alan məlumatda deyilir ki, İngiltərənin digər təmsilçisi “Brayton”un üzvü Robert Sançes heyətə cəlb olunub. 25 yaşlı futbolçu “zadəganlar”la 7 illik müqavilə imzalayıb. İspaniya millisinin üzvü uğurlu çıxış edərsə, “Brayton” daha 5 milyon avro bonus qazanacaq.
Mətləb Salahov