İspaniyanın “Selta” futbol klubu həbs olunmuş futbolçusu Santi Mina ilə müqaviləyə xitam verib. Klubun rəsmi saytında yer alan xəbərdə deyilir ki, Santi Mina ilə əmək müqaviləsini birtərəfli qaydada ləğv edilib.
Qeyd edək ki, iyul ayında Minaya təcavüzə görə 4 il həbs cəzası kəsilib. Hadisə 2017-ci ildə futbolçunun "Valensiya"da çıxış etdiyi vaxt baş verib. Mina zərərçəkmişə 25 min avro ödəməli olacaq.Onun qərardan İspaniya Ali Məhkəməsinə şikayət etmək hüququ var.
Mətləb