Futbol üzrə Azərbaycan Misli Premyer Liqasında 1-ci tur davam edir. Bu gün ikinci oyun günündə daha 2 matç keçiriləcək. Əvvəlcə "Səbail" "Sumqayıt"ı qəbul edəcək. Oyun saat 18:30-da başlayacaq. Digər matçda isə "Qarabağ" evdə "Zirə" ilə üz-üzə gələcək. Bu görüş saat 21:00-da start götürəcək.
Qeyd edək ki, mövsüm ötən gün keçirilən "Araz-Naxçıvan" - "Turan Tovuz" oyunu (0:3) ilə başlayıb. Tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.
5 avqust
18:30. “Səbail” - “Sumqayıt 21:00. “Qarabağ” - “Zirə”
6 avqust
17:00. “Kəpəz” - “Neftçi” 20:00. “Sabah” - “Qəbələ”
4 avqust
“Araz-Naxçıvan” - “Turan Tovuz” - 0:3