“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu çıxışı ölkəmizə UEFA reytinqində yarım xal qazandırıb. Hər iki komanda evdə keçirdiyi cavab oyununda qələbə qazanaraq, ölkə reytinqinə hərəyə 0,250 xal yazdırıb.
“Neftçi” 8-ci km qəsəbə stadionunda Bosiya və Herseqovinanın “Jelezniçar” klubunu 2:0, “Sabah” isə “Bank Respublika Arena”da Latviya RFŞ-ni 2:1 hesabı ilə məğlub edib.
Bununla ölkənin cari mövsümdəki xalları 1,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 15,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya 16,500 reytinq xalına malikdir.
Mətləb