"Neftçi"nin macarıstanlı müdafiəçisi Mark Tamaş Konfrans Liqasının növbəti mərhələsində qarşılaşacaqları "Beşiktaş"ı təəccübləndirməyə çalışacaqlarını bildirib: “Beşiktaş” güclü olsa da, belə böyük klubu təəccübləndirə bilərik. Bu futboldur. Ümid edirəm ki, onlar üçün gözəl sürpriz hazırlayacağıq. İki oyunun sonunda hər şey ola bilər”.
“Neftçi”nin arxa xətt oyunçusu bu gün start götürəcək Misli Premyer Liqasından da söz açıb: “Sabahdan ilk turun oyununa hazırlaşmağa başlayacağıq. Hər şeyi addım-addım edirik. “Kəpəz”lə matçda da qələbə qazanmağa çalışacağıq”.
Mətləb